Bu ərazilərdə sıfırdan yeni şəhər və kəndlər inşa edirik
Hazırda işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir. Biz sıfırdan yeni şəhərlər və kəndlər inşa edirik.
Sizinxəbər.az xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının (SPECA) Zirvə görüşündə çıxışında deyib.
Dövlətimizin başçısı ilkin mərhələdə 100 yaşayış məntəqəsinin, o cümlədən 9 şəhər və 8 qəsəbənin bərpasının nəzərdə tutulduğunu qeyd edib. “Keçmiş məcburi köçkünlər “Böyük Qayıdış” Proqramı çərçivəsində öz dədə-baba yurdlarına qayıdırlar. 2026-cı ilin sonuna qədər 140 min keçmiş məcburi köçkün öz doğma evlərinə qayıdacaq”, - deyə Azərbaycan Prezidenti bildirib.
Oxşar xəbərlər
Prezident: “İşğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işlərinə gələn il 2,4 milyard dollar ayrılacaq”
Prezident: “Bakıdakı iqtisadi forum ölkələrimiz arasında biznes əlaqələrinin inkişafına töhfə verəcək”
Prezident: “Əmək Mərkəzi İƏT-ə üzv ölkələr arasında əməkdaşlığın daha da güclənməsində vacib rol oynayacaq”
“Qaçqınkom”dan azad olunan ərazilərə köçürülən şəxslərlə bağlı iddialara CAVAB
Prezident: “Azərbaycan öz nəqliyyat infrastrukturuna milyardlarla ABŞ dolları həcmində sərmayə qoyub”
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













