Nazir müavini: "Ulu Öndərin uzaqgörənliyi iqlim dəyişmələri istiqamətində görüləcək işlər üçün zəmin yaratdı"
"Ulu Öndərin uzaqgörənliyi iqlim dəyişmələri istiqamətində görüləcək işlər üçün zəmin yaratdı".
"Report" xəbər verir ki, bunu Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Azərbaycan Qadınlarının VI Qurultayında iştirak edən ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva bildirib.
O, 25 il bundan əvvəl, 1998-ci ildə Azərbaycan Qadınlarının I Qurultayında Səbail rayonundan nümayəndə kimi iştirak etdiyini xatırladıb: "Unudulmaz xatirələrimi bölüşmək istəyirəm. Azərbaycan qadınları üçün möhtəşəm olan bu tədbirdə mənə Ulu Öndər Heydər Əliyevin unudulmaz çıxışını canlı dinləmək nəsib olmuşdu. Çıxışının sonunda özü şəxsən elan etdi ki, tədbirdən sonra qurultayın çoxsaylı iştirakçıları ilə xatirə şəkli çəkdirəcək. Ümummilli Liderin gərgin iş qrafikinə baxmayaraq, şəkil çəkdirmək üçün qrup-qrup yaxılaşan qadınlarla səmimi söhbəti daim yaddaşımdadır".
“Bu hadisə o zaman mənim kimi gənc olan mütəxəssis üçün böyük bir stimul oldu. Elə həmin illərdə Ulu Öndərin Sərəncamı ilə Azərbaycan İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına (1995) qoşuldu və Dövlət Komissiyası yaradıldı. 1998-ci ildən ölkənin İqlim Dəyişmələri üzrə Birinci Milli Məlumatının hazırlanması prosesinə digər mütəxəssislərlə yanaşı cəlb olundum. Bu hesabat 2000-ci ildə Konvensiyanın katibliyinə təqdim olundu. Etiraf etmək lazımdır ki, həmin dövrdə iqlim dəyişmələri məsələsi bir çox ölkələrdə dövlət siyasəti səviyyəsinə yüksəlməmişdi. Bu məsələ, əsasən, alimləri narahat edirdi. Bu gün iqlimlə bağlı üzləşdiyimiz risklər onların proqnozları idi. Ulu Öndərin bu sahədə də uzaqgörənliyi iqlim dəyişmələri nəticələrinin Azərbaycan iqtisadiyyatına və əhalinin sağlamlığına mənfi təsirlərinin qarşısını almaq istiqamətində görüləcək işlər üçün zəmin yaratdı”, - nazir müavini vurğulayıb.
Oxşar xəbərlər
Umayra Tağıyeva: “Azərbaycanda ən çox sel və daşqın hadisələri bu il qeydə alınıb” [xfgiven_updateblue][/xfgiven_updateblue]
Moskvada Heydər Əliyevin 100 illiyinə həsr olunmuş anım gecəsi [xfgiven_updateblue][/xfgiven_updateblue]
Təhsilin məzmunu son 90 il ərzində dəyişməyib - Nazir [xfgiven_updateblue][/xfgiven_updateblue]
İqtisadiyyat Nazirliyinin kollektivi ulu öndər Heydər Əliyevin xatirəsini yad edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Heydər Əliyevin ideyaları Azərbaycan xalqının amallarına xidmət etməkdədir - Bahar Muradova [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












