Təhdidlər artır, qeyri-sabitlik ocaqları yaranır - Əliyev
sizinxeber.az xəbər saytı

Təhdidlər artır, qeyri-sabitlik ocaqları yaranır - Əliyev


Azərbaycan MDB-nin işində iştirak etməyə həmişə böyük əhəmiyyət verib.

Axar.az xəbər verir ki, bunu Prezident İlham Əliyev oktyabrın 11-də MDB-yə üzv dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri şurasının 53-cü iclasının iştirakçıları ilə görüşdə deyib.

Bütün istiqamətlər üzrə, o cümlədən təhlükəsizliyin möhkəmləndirilməsi sahəsində sıx təmasların mövcud olduğunu vurğulayan dövlətimizin başçısı bildirib:

“Sizin işiniz, həmçinin həmkarlar arasında qarşılıqlı fəaliyyət hazırkı mürəkkəb beynəlxalq şəraitdə xüsusi əhəmiyyətə malikdir, çünki təhdidlər artır, yeni qeyri-sabitlik ocaqları yaranır və ölkələrimizin sabitliyi və təhlükəsizliyi bir çox hallarda sizin strukturların operativ işindən asılıdır”.

Daim operativ informasiya mübadiləsinin aparılmasının önəmini də xüsusi qeyd edən Azərbaycan Prezidenti deyib:

“İnformasiya, o cümlədən onun qəbul edilməsi və ona reaksiya verilməsi baxımından böyük əhəmiyyətə malikdir. Əlbəttə ki, ölkələrimiz arasında sıx qarşılıqlı fəaliyyət əməkdaşlığın səmimi, məqsədyönlü, nəticəyə və mümkün təhdidlərin profilaktikasına və ya aradan qaldırılmasına yönəlmiş əməkdaşlıq üçün gözəl imkanlar yaradır”.

Oxşar xəbərlər

Prezident: “Ermənistanın baş naziri altı saata Qranadaya uçur, amma iki-üç saata Bişkekə uça bilmir” [xfgiven_updateblue][/xfgiven_updateblue]
Rusiya Federal Təhlükəsizlik Xidmətinin direktoru Azərbaycan Prezidentinə təşəkkür edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
İlham Əliyev: "Ermənistan sülh istəyirmi? Zənnimcə, xeyr" [xfgiven_updateblue][/xfgiven_updateblue]
Prezident: "Artıq bizim daxili təhdidlərimiz yoxdur" [xfgiven_updateblue][/xfgiven_updateblue]
Prezident MDB Baş Prokurorlarının Əlaqələndirmə Şurasının 33-cü iclasının iştirakçılarına müraciət ünvanlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər