Prezident: “Ermənistanın baş naziri altı saata Qranadaya uçur, amma iki-üç saata Bişkekə uça bilmir”
sizinxeber.az xəbər saytı

Prezident: “Ermənistanın baş naziri altı saata Qranadaya uçur, amma iki-üç saata Bişkekə uça bilmir”


“Oktyabrın 12-də Rusiya tərəfinin təklifi ilə Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Bişkekdə görüşü olmalı idi. Biz Rusiya Federasiyasının vasitəçiliyini minnətdarlıqla qəbul edirik, çünki Rusiya bizim qonşumuz, müttəfiqimiz, həmçinin bizim regionda yerləşən, minlərlə kilometr uzaqda olan ölkələrdən fərqli olaraq qonşuluqda yerləşən Ermənistanın da müttəfiqidir. Təbii ki, ölkələrimiz arasında münasibətlərin tarixi, əlbəttə, Rusiya tərəfinin vasitəçiliyini nəzərdə tutur”.

AZƏRTAC xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 11-də MDB-yə üzv dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri şurasının 53-cü iclasının iştirakçıları ilə görüşdə deyib.

Azərbaycanın bu təklifi müsbət qarşıladığını və xarici işlər nazirimizin Rusiya və erməni həmkarları ilə görüşməyə hazır olduğunu vurğulayan dövlətimizin başçısı bildirib:

“Təəssüf ki, erməni tərəfi bu görüşdən imtina etdi. İndi sual yaranır: Ermənistan sülh istəyirmi? Zənnimcə, xeyr, çünki əgər sülh istəsəydi, bu imkandan imtina etməzdi. Ermənistanın baş naziri altı saata Qranadaya uçur, orada Azərbaycansız Azərbaycanın müzakirə edildiyi mənasız görüşdə iştirak edir, amma iki-üç saata Bişkekə uça bilmir, onun mühüm işləri varmış. Bax biz bütün bunları açıq deməliyik. Bütün bunları hamı görür, ancaq bunu danışmaq və nəzərə almaq lazımdır”.

Oxşar xəbərlər

İlham Əliyev: "Ermənistan sülh istəyirmi? Zənnimcə, xeyr" [xfgiven_updateblue][/xfgiven_updateblue]
Rusiya Federal Təhlükəsizlik Xidmətinin direktoru Azərbaycan Prezidentinə təşəkkür edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Təhdidlər artır, qeyri-sabitlik ocaqları yaranır - Əliyev [xfgiven_updateblue][/xfgiven_updateblue]
Paşinyan ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü tanımasının səbəbini izah edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Paşinyan Lavrovun açıqlamasını vecinə almadı [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər