Prezident: "Artıq bizim daxili təhdidlərimiz yoxdur"
sizinxeber.az xəbər saytı

Prezident: "Artıq bizim daxili təhdidlərimiz yoxdur"


"Azərbaycana gəldikdə, artıq bizim daxili təhdidlərimiz yoxdur".

“Report” xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 11-də MDB-yə üzv dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının 53-cü iclasının iştirakçılarını qəbul edərkən deyib.

"Üç həftə əvvəl həyata keçirilən tədbirlər nəticəsində Azərbaycanın suverenliyi tam bərpa olunub. Əlbəttə, bu, regionumuzda təhlükəsizliyin möhkəmlənməsi və sülhə nail olunması üçün imkanlar yaradır. Biz buna çalışırıq və hesab edirik ki, başqa alternativ yoxdur. Son həftələrdə baş verən hadisələrin mətbuatda, ilk növbədə, Qərb mediasında müxtəlif cür, deyərdim ki, birtərəfli, qərəzli və nə məsələnin tarixini, nə də bugünkü reallıqları tamamilə əks etdirmədən təqdim olunduğunu nəzərə alaraq, son üç ildə baş verənlər barədə sizi qısaca məlumatlandırmaq istəyirəm. Amma mənim informasiyamın, necə deyərlər, daha dolğun olması üçün tarixə qısa ekskursiya etmək istəyirəm", - dövlət başçısı bildirib.

Oxşar xəbərlər

Rusiya Federal Təhlükəsizlik Xidmətinin direktoru Azərbaycan Prezidentinə təşəkkür edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
İlham Əliyev: "Ermənistan sülh istəyirmi? Zənnimcə, xeyr" [xfgiven_updateblue][/xfgiven_updateblue]
Burada əsas skripkanı çalan Fransadır - Əliyev [xfgiven_updateblue][/xfgiven_updateblue]
Təhdidlər artır, qeyri-sabitlik ocaqları yaranır - Əliyev [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan lideri: "Dağlıq Qarabağ adlı qurum tarixdə heç vaxt mövcud olmayıb" [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər