Paşinyan: Razılıq var, Əliyevlə görüşəcəyəm
Haqqımızda Reklam
ru
10 
okt
2023
23:58

Paşinyan: Razılıq var, Əliyevlə görüşəcəyəm

10 okt, 2023
23:58
915

Paşinyan: Razılıq var, Əliyevlə görüşəcəyəm

Azərbaycan Prezidenti İlham Əliyevlə Brüsseldə görüşlə bağlı ilkin razılıq var.

Axar.az xəbər verir ki, bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan deyib.

“Həm biz, həm də Azərbaycan tərəfi Brüsseldə görüşə hazır olduğumuzu bəyan etdik. Bu, tərəflərin sülhə doğru hərəkət etməsi anlamına gəlir. Bu, o deməkdir ki, 2-3 ay ərzində sülh sazişinin imzalanması 70 faizdir”, - deyə baş nazir bildirib.

Qeyd edək ki, AB Şurasının rəhbəri Şarl Mişel Azərbaycan və Ermənistan liderlərinin oktyabrın sonunda Brüsseldə üçtərəfli görüşdə iştiraka razılıq verdiyini açıqlayıb.

Bizimlə əlaqə saxlayın