Leyla Abdullayeva ilə Paşinyan debata çıxdı
Ermənistanın Baş naziri Nikol Paşinyan Parisdə keçirilən Altıncı Sülh Konfransında Azərbaycanın apardığı “etnik təmizləmə”dən danışdıqdan sonra Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva çıxış edib.
Axar.az erməni mediasına istinadla xəbər verir ki, L.Abdullayeva Azərbaycanın 2020-ci ildə və sonrakı dövrdə fəaliyyətinin yeganə məqsədinin ərazi bütövlüyünü bərpa etmək olduğunu vurğulayıb.
O bildirib ki, beynəlxalq ictimaiyyət də Azərbaycanın ərazi bütövlüyünü tanıyır, Bakının özü sülh prosesinin təşəbbüskarı olub və Fransanın xarici işlər naziri İrəvanda Ermənistana silahla kömək etmək barədə danışanda Fransanı sülh prosesinə mane olmaqda ittiham edib.
Paşinyan bildirib ki, Azərbaycan bir tərəfdən sülhdən danışır, digər tərəfdən Ermənistanı “Qərbi Azərbaycan” adlandırır.
“Fransa məsələsinə gəlincə, hər bir suveren ölkənin orduya sahib olmaq və özünü müdafiə etmək üçün silahlanmaq hüququ var.
Azərbaycan külli miqdarda silah alır və onların silah almaq üçün büdcəsi Ermənistanın hərbi xərclərindən 3 dəfə çoxdur. Əgər Azərbaycan üç razılaşdırılmış prinsipi təsdiq edərsə, yaxın aylarda sülh müqaviləsinin imzalanması reallıqdan da artıqdır”, - Paşinyan bildirib.
Oxşar xəbərlər
Nikol Paşinyan Qranadada Azərbaycanın ərazi bütövlüyünü tanıyıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Paşinyan: “İrəvan qısa zamanda sülh müqaviləsi ilə bağlı Azərbaycanın təkliflərinə cavab verəcək” [xfgiven_updateblue][/xfgiven_updateblue]
Paşinyan ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü tanımasının səbəbini izah edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Paşinyan yaxın vaxtlarda Azərbaycanla sülh sazişinin imzalanmasını çox real adlandırıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanın Fransadakı səfiri xarici jurnalistləri Qarabağdakı lokal antiterror tədbirləri ilə bağlı məlumatlandırıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












