Vətən müharibəsinin doqquzuncu günündə azad edilən ərazilər
sx.buludhost.com-ın məlumatına əsasən,Azərbaycan Ordusunun Vətən müharibəsində Cəbrayılın bir neçə kəndini və strateji yüksəklikləri azad etməsindən üç il ötür.
Xatırladaq ki, 2020-ci il oktyabrın 5-də Azərbaycan Ordusu Cəbrayıl rayonunun Şıxalıağalı, Sarıcalı, Məzrə kəndlərini və müxtəlif istiqamətlərdə bir neçə strateji yüksəkliyi azad edib. Prezident İlham Əliyev bununla bağlı rəsmi “Twitter” (hazırda “X”) səhifəsində paylaşım edib.
Həmçinin, qoşunlarımızın zərbələri nəticəsində Ermənistan silahlı qüvvələrinin cəbhənin Ağdərə istiqamətində 62-ci artilleriya alayının iki, 41-ci artilleriya alayının iki ədəd BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemi, 63-cü tank taborunun daha üç tankı məhv edilib.
Aprel döyüşlərində düşmənin altı tankını məhv etdiyinə görə “Azərbaycan Bayrağı” ordeninə layiq görülmüş gizir Tahir Misirxanov Vətən müharibəsinin başlanmasından ötən doqquz gün ərzində Ermənistan ordusunun daha 11 zirehli texnikasını sıradan çıxarıb.
2020-ci il oktyabrın 5-də səhər saatlarında Azərbaycan Hava Hücumundan Müdafiə Qüvvələrinin radiolokasiya sistemlərinin texniki vasitələri Ermənistanın Cermuk, Qafan və Berd rayonları ərazisində yerləşən start mövqelərindən Azərbaycan ərazisinə raket buraxılışını qeydə alıb.
Oxşar xəbərlər
Suqovuşanın işğaldan azad edilməsindən 3 il ötür [xfgiven_updateblue][/xfgiven_updateblue]
Hadrutun işğaldan azad olunmasından 3 il ötür [xfgiven_updateblue][/xfgiven_updateblue]
44 günlük Vətən müharibəsinin xronikası: 9 oktyabr [xfgiven_updateblue][/xfgiven_updateblue]
Vətən Müharibəsi: üç il əvvəl oktyabrın 16-da azad edilmiş ərazilər - SİYAHI [xfgiven_updateblue][/xfgiven_updateblue]
Vətən müharibəsinin başlamasından üç il keçir - Anım Günü [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












