Prezident: “COP29-un keçirilməsi Azərbaycanın yaşıl keçid istiqamətində göstərdiyi səylərin nəticəsidir”
sizinxeber.az xəbər saytı

Prezident: “COP29-un keçirilməsi Azərbaycanın yaşıl keçid istiqamətində göstərdiyi səylərin nəticəsidir”


“COP29 konfransının keçirilməsi Azərbaycanın yaşıl keçid istiqamətində göstərdiyi səylərin nəticəsidir”.

AZƏRTAC xəbər verir ki, bu fikri Prezident İlham Əliyev martın 14-də Bakıda işə başlayan “Parçalanmış dünyanın bərpası” mövzusunda XI Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışında bildirib.

Azərbaycanın yaşıl keçid sahəsində atdığı konkret addımlar barədə məlumat verən dövlətimizin başçısı bu baxımdan ötən ilin oktyabrında istifadəyə verilən 230 meqavatlıq külək enerjisi stansiyasını, Qara dənizin dibi ilə elektrik kabelinin çəkilişi layihəsini xüsusi vurğulayıb.

“COP29 bizim üçün birinci fürsət olacaq ki, ölkə müstəqil yaşayır və uğurla inkişaf etdir. Bu, əslində bizim düzgün siyasətimizin təzahürüdür və Azərbaycan son otuz il ərzində bu siyasəti aparır. Praktiki baxımdan bu, həmçinin bizim üçün belə bir fürsət olacaq ki, həmrəyliyə öz töhfəmizi verək”, - deyə Azərbaycan Prezidenti qeyd edib.

Oxşar xəbərlər

İlham Əliyev: "COP29-un Azərbaycanda keçirilməsi barədə qərar ölkəmizə etimadın və hörmətin təzahürüdür" [xfgiven_updateblue][/xfgiven_updateblue]
Prezident: COP29-un gələn il Azərbaycanda keçirilməsi bizim yaşıl enerjiyə keçidimizə olan böyük qiymətdir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan Prezidenti: "COP29 beynəlxalq konfransını yüksək səviyyədə keçirəcəyik" [xfgiven_updateblue][/xfgiven_updateblue]
Prezident BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının icraçı katibini qəbul edib - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Prezident: “Qarabağ və Şərqi Zəngəzurda hidroenerji potensialımızı fəal şəkildə inkişaf etdiririk” [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər