Prezident: COP29-un gələn il Azərbaycanda keçirilməsi bizim yaşıl enerjiyə keçidimizə olan böyük qiymətdir
sizinxeber.az xəbər saytı

Prezident: COP29-un gələn il Azərbaycanda keçirilməsi bizim yaşıl enerjiyə keçidimizə olan böyük qiymətdir


Bizim beynəlxalq nüfuzumuz gündən-günə artır. Dekabr ayında dünyanın ən böyük beynəlxalq konfransının Azərbaycanda keçirilməsi haqqında bütün dünya ölkələri yekdil qərar qəbul etmişlər - COP29 gələn il Azərbaycanda keçiriləcək.

Sizinxəbər.Az-ın xəbərinə görə, bu fikirləri Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciətində deyib.

"Bu, bizə dünya ictimaiyyəti tərəfindən göstərilən böyük hörmət və rəğbətdir, eyni zamanda, bizim yaşıl enerjiyə keçidimizə olan böyük qiymətdir", - dövlət başçısı qeyd edib.

Yaşıl enerji keçidinin ölkəmiz üçün prioritet məsələ olduğunu vurğulayan dövlətimizin başçısı bildirib: “İmzalanmış kontraktlar və anlaşma memorandumları əsasında yaxın bir neçə il ərzində Azərbaycanda 10 min meqavat bərpaolunan enerji növləri, enerji mənbələri yaradılacaq və bu sahədə də Azərbaycan dünyada liderlər sırasında olacaqdır. Əlbəttə ki, COP29 - iqlim dəyişikliyinə həsr edilmiş bu beynəlxalq konfransın Azərbaycanda keçirilməsi bir daha bu sahədə bizim uğurlarımızı əyani şəkildə göstərir”.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti: "COP29 beynəlxalq konfransını yüksək səviyyədə keçirəcəyik" [xfgiven_updateblue][/xfgiven_updateblue]
İlham Əliyev: "Apardığımız siyasət nəticəsində dünya miqyasında çox güclü mövqelərə sahib olmuşuq" [xfgiven_updateblue][/xfgiven_updateblue]
Prezident İlham Əliyev Azərbaycan xalqına müraciət edib - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
COP29-un ölkəmizdə keçirilməsi böyük siyasi hadisə olacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
İlham Əliyev: Gələn il hərbi təyinatlı məhsulların istehsalına ən azı bir milyard manat sərmayə qoyulacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər