Prezident: “Qarabağ və Şərqi Zəngəzurda hidroenerji potensialımızı fəal şəkildə inkişaf etdiririk”
sizinxeber.az xəbər saytı

Prezident: “Qarabağ və Şərqi Zəngəzurda hidroenerji potensialımızı fəal şəkildə inkişaf etdiririk”


“Bizim bərpa olunan enerji gündəliyimiz təkcə Günəş və ya külək elektrik stansiyaları ilə məhdudlaşmır. Hazırda biz üç il bundan əvvəl işğaldan azad edilmiş Qarabağın və Şərqi Zəngəzurun ərazilərində hidroenerji potensialımızı fəal şəkildə inkişaf etdiririk”.

AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Qaradağ Günəş Elektrik Stansiyasının rəsmi açılış mərasimində çıxışı zamanı söyləyib.

Artıq 170 meqavat gücündə olan hidroelektrik stansiyalarının istismara verildiyini vurğulayan dövlətimizin başçısı bildirib ki, bu ilin sonuna kimi bu, 270 meqavata çatacaq. İki-üç ildən sonra hidroelektrik stansiyaların gücü 500 meqavat olacaq.

“Bu da yaşıl enerjiyə keçid prosesinə digər mühüm bir töhfə olacaq. Ümumiyyətlə, Qarabağ, Şərqi Zəngəzur və Naxçıvan artıq yaşıl enerji zonası kimi elan olunub”, - deyə Azərbaycan Prezidenti əlavə edib.

Oxşar xəbərlər

Prezident: "Erməni işğalından azad olunmuş ərazilərdə hidroelektrik stansiyaların ümumi gücü bir neçə ildən sonra 500 meqavat təşkil edəcək"
İlham Əliyev: “Xəzər-Avropa İttifaqı enerji dəhlizini yaratmaq üçün tərəfdaşlarla fəal işləmək niyyətindəyik”
Prezident İlham Əliyev: “Qaradağ Günəş Elektrik Stansiyasının açılışı əlamətdar hadisədir”
Azərbaycan Prezidenti: “Biz yaşıl gündəliyə doğru irəliləyirik, bu, məqsədli seçimdir”
Azərbaycan bu potensialı reallaşdırmaq əzmindədir – Qafarov

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər