Bu seçkilər başqaları üçün nümunədir - İtaliyalı deputat
Prezident seçkilərini izləyən İtaliya Respublikası Parlamentinin Deputatlar Palatasının üzvləri müşahidələrinin nəticələrini açıqlayıb.
Axar.az xəbər verir ki, nümayəndə heyətinin rəhbəri, Deputatlar Palatasının Xarici əlaqələr və beynəlxalq əməkdaşlıq komitəsinin üzvü Andrea Di Cüzeppe seçkilərin beynəlxalq standartlara uyğun keçirildiyini bildirib:
"15 seçki məntəqəsində müşahidə apardıq və seçki prosesinin beynəlxalq standartlara uyğun keçirildiyinin şahidi olduq. Əsas məqamlardan biri gənclərin seçkidə aktiv iştirakı idi".
Nümayəndə heyətində təmsil olunan Beynəlxalq ticarət üzrə daimi komitənin sədr müavini, İtaliya-Azərbaycan dostluq qrupunun üzvü Naike Qruppioni də seçkilərin yüksək səviyyədə keçirildiyini qeyd edib:
"İnsanların seçkiyə böyük marağının olduğunu gördük. Günün birinci yarısından etibarən yüksək seçici fəallığı vardı. Hesab edirəm ki, bu insanların ölkənin idarəetməsində, gələcəyinin müəyən edilməsində mühüm rol oynamasindan irəli gəlir. Bu həm də hökumətlə seçicilər arasında etimad mühitinin olmasından xəbər verir. Müşahidə etdiyim seçki prosesini bir çox ölkələrə nümunə olaraq göstərə bilərəm, misal üçün öz ölkəm olan İtaliyaya".
Xarici əlaqələr və beynəlxalq əməkdaşlıq komitəsinin və beynəlxalq ticarət üzrə daimi komitənin üzvü, İtaliya-Azərbaycan dostluq qrupunun üzvü Salvatore Kaiyata da seçkinin beynəlxalq standartlara uyğun keçirildiyini vurğulayıb.
Oxşar xəbərlər
Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev 34 saylı seçki məntəqəsində səs verib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Çexiya Deputatlar Palatasının sədri Azərbaycana gəlir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Şəffaflıq baxımından bizim göstəricilər beynəlxalq standarlara uyğundur [xfgiven_updateblue][/xfgiven_updateblue]
MDB Baş katibi: “Beynəlxalq təşkilatlar Azərbaycandakı seçkilərə böyük maraq göstərirlər” [xfgiven_updateblue][/xfgiven_updateblue]
Qafarova Gürcüstan parlamentinin sədri ilə görüşdü [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












