Volkan Bozkır İlham Əliyevi təbrik edib
Volkan Bozkır İlham Əliyevi təbrik edib BMT Baş Assambleyasının 75-ci sessiyasının sədri, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Volkan Bozkır Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. President.az-ın xəbərinə görə, məktubda deyilir: “Hörmətli cənab Prezident! BMT Baş Assambleyasının 75-ci sessiyasının sədri və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü kimi, Qarabağda qanunsuz erməni silahlı birləşmələrinə qarşı həyata keçirilən antiterror tədbirlərinin uğurla başa çatması münasibətilə Zati-alinizi və Azərbaycan xalqını səmimi-qəlbdən təbrik edirəm. 30 illik işğaldan azad edilmiş və Ana Vətənə qovuşmuş Qarabağda, inşallah, bundan sonra əmin-amanlıq hökm sürər”.
Oxşar xəbərlər
İlham Əliyev Koreya Prezidentinə təbrik məktubu göndərib
Nursultan Nazarbayev İlham Əliyevi təbrik edib
Dünya liderləri İlham Əliyevi təbrik edirlər
MDB baş katibindən İlham Əliyevə təbrik
Azərbaycan lideri İraq Prezidentinə təbrik məktubu göndərib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













