MDB baş katibindən İlham Əliyevə təbrik
sizinxeber.az xəbər saytı

MDB baş katibindən İlham Əliyevə təbrik


Müstəqil Dövlətlər Birliyinin Baş katibi Sergey Lebedev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Bu barədə President.az xəbər verir.

Məktubda deyilir:

“Çox hörmətli İlham Heydər oğlu!

Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin Bərpası Günü münasibətilə səmimi təbriklərimi qəbul edin.

1991-ci il oktyabrın 18-i Azərbaycan dövlətçiliyinin salnaməsində mühüm tarixə çevrildi. Məhz həmin gün Azərbaycan xalqı gələcək suveren inkişafı ilə bağlı öz seçimini etdi.

Ötən illər ərzində Azərbaycan dünyada layiqli yerini tutub, beynəlxalq münasibətlərin öz xarici siyasətini ardıcıl olaraq müstəqil şəkildə həyata keçirən fəal subyektinə çevrilib.

Sizin rəhbərliyinizlə iqtisadi, sosial və ictimai-siyasi sahələrdə həyata keçirilən islahatlar ölkənin gələcək inkişafına və onun əhalisinin rifahının yüksəlməsinə xidmət edir.

Möhtərəm İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, rifah və çoxşaxəli dövlətçilik fəaliyyətinizdə uğurlar, Azərbaycan xalqına isə əmin-amanlıq və tərəqqi arzulayıram”.

Oxşar xəbərlər

Vladimir Putin Azərbaycan Prezidentini təbrik edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Dünya liderləri İlham Əliyevi təbrik edirlər [xfgiven_updateblue][/xfgiven_updateblue]
Kasım-Jomart Tokayev İlham Əliyevə təbrik məktubu göndərib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Qurbanqulu Berdiməhəmmədov Azərbaycan Prezidentini təbrik edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Nursultan Nazarbayev İlham Əliyevi təbrik edib [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər