Piter Stano: “Aİ Bakı ilə İrəvan arasında sülh prosesinə sadiq qalır”
Avropa İttifaqı (Aİ) Azərbaycan və Ermənistan arasında sülh prosesinə sadiq qalır.
“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu Aİ-nin xarici siyasət məsələləri üzrə mətbuat katibi Piter Stano bildirib.
“Biz Azərbaycan və Ermənistan rəhbərliyi ilə sıx təmasda olmuşuq. Hər iki ölkənin suverenliyini, ərazi bütövlüyünü dəstəklədiyimizi və problemlərin müstəsna olaraq sülh yolu ilə həllini təkrarlamaqdan yorulmamışıq. Əlaqə kanallarımız açıq qalır. Avropa İttifaqı Şurasının sədri Şarl Mişel, ali nümayəndə Jozep Borrell və Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar iki ölkə arasında sabit və dayanıqlı sülhün bərqərar olmasında iştiraklarını davam etdirirlər”, - o bildirib.
Oxşar xəbərlər
Bayramovdan Borrellə: Bu bəyanatlar AB-yə xələl gətirir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Elçin Əmirbəyov: “Azərbaycanla Ermənistan arasında sülh sazişi tezliklə imzalansa, Avropa bundan yalnız faydalanacaq” [xfgiven_updateblue][/xfgiven_updateblue]
Nikol Paşinyan Qranadada Azərbaycanın ərazi bütövlüyünü tanıyıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Avropa İttifaqı Qırmızı dənizdəki vəziyyəti tərəfdaşları ilə müzakirə edir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Simonyan: “Azərbaycan Cənubi Qafqazda sülhün bərqərar olmasına töhfə verən addımlar atır” [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












