

Rəşad Məcid: Bizim mediamızın seçki məsələsində böyük təcrübəsi var
Bizim mediamızın seçki məsələsində böyük təcrübəsi var. Eyni zamanda, seçkiqabağı təşviqat, xüsusilə ödənişli və ödənişsiz təşviqatın aparılması ilə bağlı Mərkəzi Seçki Komissiyasının üzvlərinin fikirlərinə ehtiyacımız var.
AZƏRTAC xəbər verir ki, bunu Mətbuat Şurasının sədri Rəşad Məcid yanvarın 11-də bərabər seçkiqabağı təşviqat imkanları və media subyektlərinin seçkilərdə fəaliyyətinin əsaslarına həsr olunan müşavirədə çıxış edərkən deyib.
O bildirib ki, media əvvəlki illərdə olduğu kimi Azərbaycan xalqının həyatında mühüm rol oynayacaq 7 fevral seçkilərində də böyük məsuliyyətlə iştirak edəcək. Eyni zamanda, sosial mediada hansısa namizədə qarşı saxta xəbərlərin yayıla biləcəyi şəksizdir. Peşəkar media belə hallarda məsələlərə vaxtında münasibət bildirməlidir.
“7 fevral bir müddətdən sonra Azərbaycan tarixinin ən əzəmətli bayram günlərindən biri olacaq. Bütün bu məsələlərdə, xalqımızın, seçicilərin çiyninə böyük məsuliyyət düşür. Bütün dünya görsün ki, Azərbaycan xalqı öz gələcəyinə biganə deyil. Heç şübhəsiz bu məsələlərdə Azərbaycan mediası ən öndə getməlidir”, - deyə Mətbuat Şurasının sədri qeyd edib.
Oxşar xəbərlər
Prezidentliyə namizədlərə ödənişsiz efir vaxtı və dərc üçün yerin ayrılacağı KİV-lər açıqlanıb - SİYAHI
Şəffaflıq baxımından bizim göstəricilər beynəlxalq standarlara uyğundur
Dairə seçki komissiyalarının tərkibi niyə dəyişdirildi? - RƏSMİ AÇIQLAMA
Bu seçkilər yüzilliklərə düşən seçkilər olacaq
Elşad Musayevin prezidentliyə namizədliyi irəli sürülüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Laçın Beynəlxalq Hava Limanının açılış mərasimi keçirilir
-
Ərdoğan: Türkiyə Pakistan və Hindistan arasında atəşkəsi alqışlayır
-
150 çarpayılıq xəstəxananın yaxın gələcəkdə Laçında tikintisi planlaşdırılır
-
Türkiyə Prezidenti Azərbaycana səfərə yola düşüb
-
Prezident: Azərbaycan dövləti və xalqı bu işğalla heç vaxt barışmayıb, biz güc toplayırdıq
-
Ərdoğan: İlham Əliyevin sülhün də memarı olaraq adını tarixə yazdıracağına inanırıq
