Azərbaycan Prezidenti: 2024-cü ildə Xocalı və Xankəndi sakinləri öz evlərinə qayıdacaqlar
sizinxeber.az xəbər saytı

Azərbaycan Prezidenti: 2024-cü ildə Xocalı və Xankəndi sakinləri öz evlərinə qayıdacaqlar


2024-cü ildə bir neçə yaşayış məntəqəsinə keçmiş köçkünlər, qaçqınlar qayıdacaqlar.

"Sizinxeber.az" xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciətində deyib.

"Bu müjdəni mən bu gün onlara vermək istəyirəm və bildirmək istəyirəm ki, il ərzində Kərkicahan, Malıbəyli, Turşsu kəndləri tam bərpa edilib keçmiş köçkünlərin sərəncamına veriləcək. Eyni zamanda, il ərzində Xocalı və Xankəndi sakinləri də öz evlərinə qayıdacaqlar", - Azərbaycan Prezidenti qeyd edib.

Dövlət başçısı vurğulayıb ki, bundan başqa, bir neçə yaşayış məntəqəsi də keçmiş köçkünləri qəbul etməyə hazır olacaq.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Zəngilan şəhərinə ilk qayıdışın vaxtını açıqladı [xfgiven_updateblue][/xfgiven_updateblue]
Prezident İlham Əliyev Azərbaycan xalqına müraciət edib - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bu ərazilərdə sıfırdan yeni şəhər və kəndlər inşa edirik [xfgiven_updateblue][/xfgiven_updateblue]
Prezident İlham Əliyev: Tarixi Zəfərimiz bütün azərbaycanlıları bir yumruq halına gətirir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Keçmiş məcburi köçkünlər doğma yurdlarından dövlət başçısını təbrik ediblər [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər