Prezident İlham Əliyev Zəngilan şəhərinə ilk qayıdışın vaxtını açıqladı
sizinxeber.az xəbər saytı

Prezident İlham Əliyev Zəngilan şəhərinə ilk qayıdışın vaxtını açıqladı


Prezident İlham Əliyev Zəngilan şəhərinə ilk qayıdışın vaxtını açıqladı “Bütün keçmiş məcburi köçkünlər səbirsizliklə gözləyirdilər ki, torpaqlar azad edilsin və onlar qayıtmaq imkanına malik olsunlar. Onlar Ermənistan tərəfindən 30 il ərzində bu imkandan məhrum edilmişdilər. Ancaq üç il bundan əvvəl biz işğala son qoyduq”. AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 29-da Zəngilanda keçirilən “Davamlı şəhərlər iqtisadi inkişafın hərəkətverici və bərabərsizliklərlə mübarizə aparan qüvvəsi kimi” mövzusunda 2-ci Milli Şəhərsalma Forumunun açılış mərasimində çıxışı zamanı söyləyib. Zəngilanın Baş planının artıq təsdiq edildiyini bildirən dövlətimizin başçısı deyib ki, burada infrastruktura böyük vəsait ayrılıb, bir neçə yaşayış layihəsi icra olunmaqdadır. “2025-ci ildə, ola bilər, bir az da tez Zəngilan şəhərinin ilk sakinləri qayıdacaqlar”, - deyə Azərbaycan Prezidenti vurğulayıb.

Oxşar xəbərlər

Prezident: “Zəngilan məscidinin inşası yekunlaşır” [xfgiven_updateblue][/xfgiven_updateblue]
Prezident İlham Əliyev: “Bu gün Şərqi Zəngəzur sıfırdan yenidən inşa edilir” [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan Prezidenti: “Zəngilanı mühüm nəqliyyat qovşağı hesab edirik” [xfgiven_updateblue][/xfgiven_updateblue]
İlham Əliyev: “Ermənistan hökuməti sentyabrın 20-dək baş verən hadisələri düzgün təhlil etsə, sülh əlçatandır” [xfgiven_updateblue][/xfgiven_updateblue]
Prezident: “Torpaqlarımızda separatçılığa son qoyulub, bu, bizim güclü siyasi iradəmizin göstəricisidir” [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər