Rəsmi Bakı Qarabağdakı qondarma rejimin nümayəndələrinə amnistiya tətbiq edilməsinin şərtlərini açıqlayıb
Rəsmi Bakı Qarabağdakı qondarma rejimin nümayəndələrinə amnistiya tətbiq edilməsinin şərtlərini açıqlayıb
Azərbaycan Ermənistandan hərbi quruculuq fəaliyyətini dayandırmasını, revanşist planlardan əl çəkməsini, Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü pozmağı dayandırmasını və Azərbaycanın Qarabağ bölgəsində separatizm və terrorizmi dəstəkləməkdən əl çəkməsini tələb edir.
“Report” xəbər verir ki, bu barədə sentyabrın 18-də Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin, Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovun və xarici işlər nazirinin müavini Fariz Rzayevin iştirakı ilə Xarici İşlər Nazirliyində Azərbaycan Respublikasında akkreditə olunmuş diplomatik korpus üçün təşkil olunan brifinqdə bildirilib.
Bununla yanaşı, Azərbaycan Ermənistan silahlı qüvvələrinin şəxsi heyətinin dərhal çıxarılmasını, Ermənistana tabe qondarma rejimin hərbi və qondarma hökumət strukturlarının aradan qaldırılmasını və Azərbaycan ərazilərində qanunsuz yerləşdirilmiş Ermənistan silahlı qüvvələrinin tərksilah edilməsini tələb edir. Bu halda, qondarma rejimin nümayəndələrinə amnistiya tətbiq edilə bilər.
Oxşar xəbərlər
Rəsmi Bakı: “Ermənistan rəhbərliyinin son açıqlamaları əvvəlki bəyanatları əsaslı şəkildə heçə endirib”
Azərbaycan XİN Qarabağdakı qondarma seçkini tanımayan dövlətlərə təşəkkür edib
Azərbaycan XİN: “Erməni sakinlər separatizmi qızışdırmaq üçün siyasi avantüranın girovu kimi saxlanılırlar”
Ermənistan hücum etmək üçün texnika toplayır
Bölgədəki son vəziyyətlə bağlı Azərbaycanda akkreditə olunmuş diplomatik korpus üçün brifinq keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin











