"Ukrayna Rusiyaya böyük zərbə vurarsa, bu hadisə Putinin seçkilərdəki reytinqinə mənfi təsir edə bilər"
2024-cü ilin martın 17-də Rusiyada prezident seçkiləri keçiriləcək. Bu barədə dekabrın 7-də Rusiya Federal Məclisinin Federasiya Şurası qərar qəbul edib. Federasiya Şurasının spikeri Valentina Matvienko qeyd edib ki, bu qərar əsas etibarilə seçki kampaniyasının başlanğıcını göstərir.
Rusiyada prezident seçkiləri Rusiya-Ukrayna müharibəsi fonunda keçiriləcək. Bu seçkidən nə gözləyə bilərik. Etiraf etməliyik ki, Vladimir Putinin yenidən prezident seçilməyəcəyi də heç inandırıcı deyil...
Politoloq Məhəmməd Əsədullazadə Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Rusiyada keçirilən prezident seçkiləri hazırkı Rusiya-Ukrayna müharibəsi fonunda xüsusi əhəmiyyət kəsb edir. Təbii ki, burada Vladimir Putinin növbəti dəfə prezident olması gözlənilir. Amma sürpriz qərarlar olması da istisna edilmir.
“Rusiyada prezident seçkiləri vaxtıdır və buna uyğun vaxt təyin olunaraq, seçkilər keçiriləcək. Ukrayna müharibəsində Rusiyanın geri çəkilməməsi, Putin üçün müəyyən uğur düsturudur. Və bu istiqamətdə də seçkilərə gedilir. Hazırda Rusiya yeni bir hücum dalğası həyata keçirmək istəyir ki, seçkilərə qədər Putin öz nüfuzunu daha da artırsın. Beynəlxalq konyukturda vəziyyət böhranlı şəkildə davam edir. Rusiyanın Qərb koalisiyası tərəfindən sıxışdırılması da həyata keçirilir”-deyə Məhəmməd Əsədullazadə əlavə edib.
Politoloq hesab edir ki, seçkilərə kimi əgər Ukrayna geniş şəkildə əks hücumlar həyata keçirsə və rus ordusunu vursa, bu hadisə Putinin də nüfuzuna ciddi zərbə vura bilər.
Məhəmməd Əsədullazadə vurğulayıb ki, bu günlərdə Ukrayna prezidenti Volodimir Zelenski ABŞ-a səfər edib.
“Görünən odur ki, yeni hərbi yardımlar, maliyyə və hücum silahları, ballistik raketlərin də verilməsi müzakirə olunacaq. Əgər Qərb koalisiyası Rusiyada seçkiyə qədər vəziyyəti dəyişərsə, yəni Ukrayna Rusiyaya böyük zərbə vurarsa, bu hadisə seçkilərdə Putinin reytinqini yüksək dərəcədə aşağı salacaq”-deyə politoloq vurğulayıb.
Rusiya Mərkəzi Seçki Komissiyasının sədri Ella Pamfilova bildirib ki, ölkənin müasir tarixində ilk dəfə prezident seçkiləri belə “zəhərli” geosiyasi atmosferdə keçiriləcək. Rusiya Konstitusiyasına görə, dövlət başçısı altı il müddətinə seçilir.
Oxşar xəbərlər
Putin Prezident seçkilərində iştirakla bağlı sənədləri MSK-ya təqdim edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Putin prezidentliyə namizədliyi barədə seçki komissiyasına məlumat göndərib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Spiker: "Növbədənkənar Prezident seçkiləri müstəqil Azərbaycan tarixində ilk dəfə olaraq bütün ərazidə keçiriləcək" [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ukraynanın Qərbdən "pulsuz" aldığı silahların bitəcəyini və hərbi cəhətdən zəiflədiyini bildirib" [xfgiven_updateblue][/xfgiven_updateblue]
Elşad Musayevin prezidentliyə namizədliyi irəli sürülüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












