17 
Ara
2023
02:16

Ukraynanın Qərbdən "pulsuz" aldığı silahların bitəcəyini və hərbi cəhətdən zəiflədiyini bildirib"

17 Ara, 2023
02:16
2

Ukraynanın Qərbdən "pulsuz" aldığı silahların bitəcəyini və hərbi cəhətdən zəiflədiyini bildirib"

“Rusiya öz məqsədinə çatdığı zaman, sülhdən danışmaq olar”. Bu barədə Rusiya Federasiyanın rəhbəri Vladimir Putin bir neçə gün öncə, 2023-cü ilin yekunlarına dair müsahibəsində bildirib. O, qeyd edib ki, Ukraynanın cənub-şərqi, tarixən Rusiyaya aid torpaqlardır. Rusiya prezidenti Rusiya-Ukrayna müharibəsindən danışarkən qeyd edib ki, Ukrayna daha silah istehsal etmir. Bütün silahları pulsuz alır. Putin vurğulayıb ki, Ukraynaya pulsuz silah verilməsi də tezliklə dayandırılacaq…

Politoloq Turab Rzayev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Rusiyanın rəsmi mövqeyində dəyişikliyin olmadığı Putinin açıqlamalarında aydın görünür. Yenə də Ukrayna dövlətini tanınmaqdan imtina edir. Rusiya prezidenti, Ukraynanın mövcud torpaqlarının Rusiyaya aid tarixi torpaqlar olduğunu deyir.

Turab Rzayev Turab Rzayev


“Bu da o deməkdir ki, Ukrayna dövlətinin yaşamağa "hüquq"u yoxdur. Ya hansısa bir siyasi vahid kimi Rusiyanın nəzarətində yaşamalıdır, ya da Rusiyanın tərkibində olmalıdır. Rusiya, Ukraynanı kiminləsə paylaşmaq niyyətində deyil”-deyə politoloq əlavə edib.

“Putinin istifadə etdiyi bəzi ümumi ifadələr var ki, tam aydın olmasa da birbaşa mesaj xarakteri daşıyır. “Rusiya öz məqsədinə çatdığı zaman” ifadəsində Rusiyanın məqsədinin tərkibi açıqlanmır. Müxtəlif çıxışlarda gah Ukraynada hakimiyyət dəyişikliyi, gah da Zelenskinin hakimiyyətindən uzaqlaşdırmaq qeyd edilirdi. Sonra məqsəd Şərqdəki vilayətləri ihaq etmək oldu. Məqsəd, Odessaya qədər Cənub sərhədləri tutmaq idi. Daha sonra “tutulmuş ərazilərin əldə saxlanması” məqsədinin olduğu bəyan edildi. İndi təkrar ümumi olaraq, məqsədlərə çatmaqdan danışılır. Amma tam olaraq, bu məqsədlərin tərkibinin nə olması ilə bağlı fikirlər "örtülü" qalır”-deyə politoloq bildirib.

Turab Rzayev qeyd edib ki, Putinin bildirdiyi önəmli bir nüansa diqqət yetirməkdə fayda var. Reallıq odur ki, Ukrayna silah istehsal edə bilmir. Çünki hazırda istehsala yararlı infrastruktur da dağılıb.

“Yəni “edə bilmir” deməyək. “İstəsə də edə bilməz” deyək. Bir çox problemlər var. Zavod-fabrik dağıdılıb. Bu səbəbdən də, bir çox silahlar Qərbdən alınır. Əslində, Ukraynanın çox güclü silah sənayesi var idi. Onun dağıdılması ilə bağlı faktlar həqiqəti əks etdirir.

Ukrayna silahları pulsuz alır, bu doğrudur. Hətta aldığı silahlar da Ukraynanın müharibədəki qələbəsi üçün yetərli deyil. Ona görə cəbhədə silah "qıtlığı" yaşanır və Ukrayna "haqq" mübarizəsində müxtəlif problemlərlə üzləşir. Rusiya Ukraynadan fərqli olaraq, müharibədə istifadə etdiyi silahları özü istehsal edir. Bununla bağlı, aydın görünən reallıq var. Burada Putin iki fikri vurğulamaq istəyib. Öncəliklə, göstərmək istəyib ki, “Ukrayna silahları pulsuz alır”. Yəni Qərbin Ukraynanını dəstəklədiyini demək istəyib. Digər tərəfdən isə, Ukraynanın hərbi olaraq zəiflədiyini və Rusiya qarşısında kənardan aldığı silahlarla çox davam gətirməyəcəyini açıqlayıb”-deyə politoloq Turab Rzayev əlavə edib.

Bizimlə əlaqə saxlayın