Gələcəyimizi yaşıl enerjinin istehsalında görürük - Əliyev
Bir neçə gün bundan əvvəl yenə də biz növbəti dostluq təzahürünün şahidi olmuşuq. Həm Serbiya, həm Bolqarıstan, həm də Şərqi Avropa Qrupuna daxil olan digər ölkələr Azərbaycanın namizədliyini dəstəkləyərək COP29 konfransının Azərbaycanda, Bakıda keçirilməsinə izin verdilər, öz dəstəyini göstərdilər.
Sizinxəbər.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimində çıxışı zamanı deyib.
“Bu, bir daha həm dostluğumuzun nümunəsidir, eyni zamanda, onu göstərir ki, baxmayaraq Azərbaycanın zəngin neft və qaz resursları var, biz gələcəyimizi təmiz yaşıl enerjinin istehsalında və ixracında görürük. Əminəm ki, gün gələcək və buna oxşar mərasim yaşıl enerji layihələri ilə bağlı keçiriləcək”, - İlham Əliyev bildirib.
Oxşar xəbərlər
Bir neçə gün bundan əvvəl yenə də biz növbəti dostluq təzahürünün şahidi olmuşuq
Prezident Azərbaycanın layihələrindən danışdı
Azərbaycan dostluq ənənələrinə sadiqdir
Azərbaycan Prezidenti Serbiyada ölkəmizin enerji sahəsində gələcək planları barədə məlumat verib
Azərbaycan Prezidenti: "COP29 beynəlxalq konfransını yüksək səviyyədə keçirəcəyik"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













