10
dek
2023
14:18

yuxarı
Azərbaycan dostluq ənənələrinə sadiqdir

Azərbaycan dostluq ənənələrinə sadiqdir
Azərbaycan, sözün əsl mənasında, etibarlı tərəfdaşdır, dostluq ənənələrinə həmişə sadiqdir və dostluğu yüksək qiymətləndirir.
Sizinxəbər.az xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimində çıxışı zamanı səsləndirib.
“Məhz dostluq, qarşılıqlı anlaşma, strateji tərəfdaşlıq üzərində qurulmuş əlaqələr bir çox ölkələrin maraqlarını təmin edir. Qaz sahəsində əməkdaşlıq, eyni zamanda, genişmiqyaslı, regional əməkdaşlığa da güclü zəmin yaradır, - dövlət başçısı əlavə edib.