Bir neçə gün bundan əvvəl yenə də biz növbəti dostluq təzahürünün şahidi olmuşuq
sizinxeber.az xəbər saytı

Bir neçə gün bundan əvvəl yenə də biz növbəti dostluq təzahürünün şahidi olmuşuq


Bir neçə gün bundan əvvəl yenə də biz növbəti dostluq təzahürünün şahidi olmuşuq. Həm Serbiya, həm Bolqarıstan, həm də Şərqi Avropa Qrupuna daxil olan digər ölkələr Azərbaycanın namizədliyini dəstəkləyərək COP29 konfransının Azərbaycanda, Bakıda keçirilməsinə izin verdilər, öz dəstəyini göstərdilər.

"Report"un Serbiyaya ezam olunmuş əməkdaşı xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimində çıxışı zamanı deyib.

Dövlət başçısı qeyd edib: “Bu, bir daha həm dostluğumuzun nümunəsidir, eyni zamanda, onu göstərir ki, baxmayaraq Azərbaycanın zəngin neft və qaz resursları var, biz gələcəyimizi təmiz yaşıl enerjinin istehsalında və ixracında görürük. Əminəm ki, gün gələcək və buna oxşar mərasim yaşıl enerji layihələri ilə bağlı keçiriləcək”.

Oxşar xəbərlər

Gələcəyimizi yaşıl enerjinin istehsalında görürük - Əliyev [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan dostluq ənənələrinə sadiqdir [xfgiven_updateblue][/xfgiven_updateblue]
İlham Əliyev: "Apardığımız siyasət nəticəsində dünya miqyasında çox güclü mövqelərə sahib olmuşuq" [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan Prezidenti Serbiyada ölkəmizin enerji sahəsində gələcək planları barədə məlumat verib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Prezident Azərbaycanın layihələrindən danışdı [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər