Azərbaycan Prezidenti İlham Əliyev Xankəndidə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 4-də Xankəndidə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb.
Sizinxəbər.Az AZƏRTAC-a istinadla xəbər verir ki, Rəcəb Tayyib Ərdoğan Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşünün yüksək səviyyədə keçirildiyini vurğulayıb.
Dövlətimizin başçısı Zirvə görüşündə iştirak etdiyinə görə Türkiyə prezidentinə minnətdarlığını bildirib.
Söhbət zamanı qardaşlıq və strateji müttəfiqlik münasibətlərimizin bütün sahələrdə uğurla inkişaf etdiyi bildirilib.
Rəcəb Tayyib Ərdoğan bir daha vurğulayıb ki, qardaş Türkiyə hər zaman və hər bir məsələdə qardaş Azərbaycanın yanındadır. Türkiyə prezidenti qeyd edib ki, bu, həmişə belə olub və bundan sonra da belə olacaq.
Dövlətimizin başçısı Rəcəb Tayyib Ərdoğanın bu sözlərinə görə təşəkkürünü bildirərək öz növbəsində vurğulayıb ki, Azərbaycan da həm sevincli, həm də kədərli günlərdə həmişə qardaş Türkiyənin yanındadır.
Azərbaycan və Türkiyə prezidentləri, həmçinin əməkdaşlığımızın perspektivlərinə və qarşılıqlı maraq doğuran məsələlərə dair fikir mübadiləsi aparıblar.

Oxşar xəbərlər
İlham Əliyev Xankəndidə Rəcəb Tayyib Ərdoğanla görüşüb
Prezident İlham Əliyev Xankəndidə Rəcəb Tayyib Ərdoğanla görüşüb
İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Milli Məclis hərbçilərlə bağlı qərar qəbul edib
-
AFFA uşaq psixologiyası və motivasiya mövzusunda onlayn seminar təşkil edib
-
Moskvada Azərbaycanın Müstəqillik Gününə həsr olunan təntənəli qəbul keçirilib - FOTO
-
Oman sahillərində tanker atəşə tutulub
-
"AzerGold" qeyri-filiz faydalı qazıntı sahələri üzrə fəaliyyətə başlayıb
-
Yevlaxda baba və nəvəsini avtomobil vurub, ölən var
