İlham Əliyev Xankəndidə Rəcəb Tayyib Ərdoğanla görüşüb
sizinxeber.az xəbər saytı

İlham Əliyev Xankəndidə Rəcəb Tayyib Ərdoğanla görüşüb


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 4-də Xankəndidə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb.

"Report" xəbər verir ki, Rəcəb Tayyib Ərdoğan Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşünün yüksək səviyyədə keçirildiyini vurğulayıb.

Dövlət başçısı Zirvə görüşündə iştirak etdiyinə görə Türkiyə Prezidentinə minnətdarlığını bildirib.

Söhbət zamanı qardaşlıq və strateji müttəfiqlik münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi bildirilib.

Rəcəb Tayyib Ərdoğan bir daha vurğulayıb ki, qardaş Türkiyə hər zaman və hər bir məsələdə qardaş Azərbaycanın yanındadır. Türkiyə Prezidenti qeyd edib ki, bu, həmişə belə olub və bundan sonra da belə olacaq.

Dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın bu sözlərinə görə təşəkkürünü bildirərək öz növbəsində vurğulayıb ki, Azərbaycan da həm sevincli, həm də kədərli günlərdə həmişə qardaş Türkiyənin yanındadır.

Azərbaycan və Türkiyə prezidentləri, həmçinin əməkdaşlığın perspektivlərinə və qarşılıqlı maraq doğuran məsələlərə dair fikir mübadiləsi aparıblar.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Xankəndidə Rəcəb Tayyib Ərdoğanla görüşüb
İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub
Astanada Prezident İlham Əliyevlə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanın görüşü olub
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana təşəkkür edib
İlham Əliyev Rəcəb Tayyib Ərdoğana zəng edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle