AZAL təyyarəsi ilə bağlı Rusiyadan bunu gözləyirik - XİN
sizinxeber.az xəbər saytı

AZAL təyyarəsi ilə bağlı Rusiyadan bunu gözləyirik - XİN


Azərbaycan Hava Yollarına məxsus təyyarənin Rusiyanın hava məkanında vurulmasından sonra zəruri müvafiq tədbirlərin görülməməsinin və real vəziyyətin təhrif edilməsi cəhdlərinin, eləcə də Rusiya mediasında bir sıra rəsmi şəxslər və media nümayəndələri vasitəsilə ölkəmizə qarşı dezinformasiya kampaniyasının aparılması qəbuledilməzdir.

Sizinxəbər.az xəbər verir ki, bu barədə bu gün Azərbaycan XİN-ə çağırılan Rusiya səfirinin diqqətinə çatdırılıb.

Ölkəmizin bu fəlakətlə bağlı Rusiya tərəfindən tam və şəffaf araşdırma aparılmasını, təqsirkarların müəyyənləşdirilərək, məsuliyyətə cəlb olunmasını, zərərçəkənlərə kompensasiya ödənilməsini gözlədiyi, bu addımların ikitərəfli münasibətlərdəki mənfi əhval-ruhiyyənin aradan qaldırılması üçün böyük əhəmiyyət kəsb etdiyi vurğulanıb.

Oxşar xəbərlər

Rusiya KİV: İlham Əliyev təyyarə qəzasına görə Rusiyadan kompensasiya tələb edib
Fuad Hüseynəliyev: AZAL-a məxsus təyyarənin vurulması ilə bağlı Rusiya daha dəqiq terminlərlə üzr istəməlidir
Rusiya XİN: Qazaxıstandakı səfirliyimiz təyyarə qəzası ilə bağlı müvafiq qurumlarla əlaqədədir
Fuad Hüseynəliyev: AZAL-a məxsus təyyarənin vurulması ilə bağlı Rusiya daha dəqiq ifadələrlə üzr istəməlidir
IATA AZAL təyyarəsinin qəzası ilə bağlı aralıq hesabatını gözləyir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər