Azərbaycan vətəndaşı Monteneqroda tikinti sektorunda istismar edilib
2025-ci ildə bir nəfər Azərbaycan vətəndaşının Monteneqroda tikinti sektorunda istismar edildiyi aşkarlanıb.
"Report" xəbər verir ki, bununla bağlı məsələ İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatında öz əksini tapıb.
Hesabat Milli Məclisin İnsan hüquqları, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin bugünkü birgə iclasında müzakirəyə çıxarılıb.
Bildirilib ki, ixtisaslaşmış xüsusi polis qurumu tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə həmin məcburi əmək faktı müəyyən edilərək cinayət işi başlanılıb.
Hesabatda, həmçinin vurğulanıb ki, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi tərəfindən Azərbaycanda tikinti obyektlərində keçirilmiş 39 səyyar yoxlama zamanı 1 047 işçidən 75-nin əmək münasibətlərinin müəyyən edilmiş qaydada rəsmiləşdirilmədən fəaliyyətə cəlb olunduğu aşkarlanıb. Nəticədə bir işəgötürən fiziki şəxs barəsində toplanmış materiallar Baş Prokurorluğa göndərilib, daha 18-i haqqında ümumilikdə 92 min 200 manat məbləğdə inzibati cərimə tətbiq edilib.
Vurğulanıb ki, Dövlət Əmək Müfəttişliyi Xidməti aidiyyəti qurumlardan daxil olmuş materialların araşdırılması zamanı işəgötürən tərəfindən 15 yaşına çatmamış şəxsin işə cəlb edilməsi ilə bağlı 6 fakt aşkarlayaraq aidiyyəti vəzifəli şəxslərə 6 min manat, həmçinin uşaqların həyatına, sağlamlığına və ya mənəviyyatına təhlükə törədə bilən fəaliyyətə cəlb edilməsi ilə bağlı 1 fakta görə 3 min 300 manat məbləğdə inzibati cərimə tətbiq edib.
Oxşar xəbərlər
Keçən il bir məcburi əmək faktıyla əlaqədar cinayət işi başlanılıb
Əmək münasibətlərinin rəsmiləşdirilməməsinə görə bir işəgötürən barəsində materiallar Baş Prokurorluğa göndərilib
2025-ci ildə 198 insan alveri cinayəti qeydə alınıb
Tikinti obyektlərində 1 677 nəfərin əmək müqaviləsi olmadan işlədiyi müəyyən olunub
2024-cü ildə 206 insan alveri cinayəti qeydə alınıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mərkəzi Bank iki ödəniş təşkilatına icrası məcburi göstəriş verib
-
Qazaxıstan və Avropa tərəfdaşları süni intellekt, elm və kosmik texnologiyalarının inkişafını razılaşdırıblar
-
ÜST Ebola virusu riski altında olan ölkələri açıqlayıb
-
İnternet informasiya ehtiyatının fəaliyyətinin müvəqqəti məhdudlaşdırılacağı yeni hallar müəyyənləşir
-
Ankarada terrorla mübarizə çərçivəsində 209 nəfər saxlanılıb
-
2040-cı ilə qədər Füzulidə 50 min nəfərin yaşaması nəzərdə tutulur
