Hikmət Hacıyev: İlham Əliyev dezinformasiya hücumlarının qabaqlanmasında medianın rolunu daim yüksək qiymətləndirib
Azərbaycan Prezidenti İlham Əliyev dezinformasiya hücumlarının qabaqlanmasında peşəkar medianın rolunu həmişə yüksək qiymətləndirib.
“Report”un Şuşadakı müxbirinin verdiyi məlumata görə, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev II Qlobal Media Forumunda çıxış edərkən deyib.
“Qlobal informasiya məkanında ölkəmizin yüksək beynəlxalq nüfuzuna xələl gətirmək hallarından bəhs edərkən Azərbaycan Prezidenti İlham Əliyev kütləvi dezinformasiya hücumlarının qarşısının alınmasında, cəmiyyətin operativ və düzgün məlumatlandırılmasında peşəkar medianın böyük rolunu həmişə yüksək qiymətləndirib”, – Hikmət Hacıyev vurğulayıb.
Onun sözlərinə görə, ölkənin media resursları “Azərbaycan həqiqətlərini beynəlxalq ictimaiyyətə çatdırmaq üçün fəaliyyətlərini media etikasının prinsiplərinə söykənərək yorulmadan davam etdirməkdədirlər”.
Oxşar xəbərlər
Hikmət Hacıyev: Azərbaycan COP29 ərəfəsində dezinformasiya dalğası ilə üzləşsə də, bu bizə mane olmayacaq
Hikmət Hacıyev: Dezinformasiya xəbərlərlə manipulyasiya etməyə imkan verir
Prezidentin köməkçisi: Azərbaycan dəfələrlə dezinformasiya qurbanı olub
Qarabağ daxili məsələdir, buna etiraz etmək cəhdi...
Şuşada II Qlobal Media Forumunun ikinci iş günü başlayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













