Şuşada II Qlobal Media Forumunun ikinci iş günü başlayıb
sizinxeber.az xəbər saytı

Şuşada II Qlobal Media Forumunun ikinci iş günü başlayıb


Şuşada II Qlobal Media Forumunun ikinci iş gününə start verilib.

“Sizinxeber.az”un Şuşaya ezam edilən müxbirinin verdiyi məlumata əsasən, iştirakçıları Azərbaycan Prezidentinin köməkçisi-Azərbaycan Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev rəsmi salamlayacaq.

Daha sonra forum işini panellərdə davam etdirəcək.

“TRT World”un aparıcısı və Baş Prodüseri, Gida Fəxrinin (Ghida Fakhry) moderatorluğu ilə keçiriləcək birinci paneldə iştirakçılar “Təsirin qiymətləndirilməsi: Dezinformasiyanın əhatə dairəsini müəyyənləşdirmək” mövzusunda müzakirələr aparacaqlar.

Günün ikinci panelinin mövzusu “Dezinformasiyaya qarşı daha davamlı cəmiyyət qurmaq üçün siyasət və təşəbbüslər” olacaq. Bu müzakirələrə “Əl-Cəzirə” Araşdırmalar Mərkəzinin nümayəndəsi Ezzedin Abdelmula (Ezzeddine Abdelmoula) moderatorluq edəcək.

Qeyd edək ki, “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda keçirilən forumda 50-ə yaxın ölkədən 150-dən çox xarici qonaq, o cümlədən 30-a yaxın ölkənin informasiya agentliyi, 3 beynəlxalq təşkilat və 82 media qurumu qatılıb.

Oxşar xəbərlər

İkinci Şuşa Qlobal Media Forumunun iştirakçılarının şərəfinə ziyafət verilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Şuşada II Qlobal Media Forumu keçirilir, Prezident İlham Əliyev Forumda çıxış edir - CANLI [xfgiven_updateblue][/xfgiven_updateblue]
Şuşada II Qlobal Media Forumu keçirilir, Prezident İlham Əliyev Forumda çıxış edib - YENİLƏNİB - VİDEO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Şuşada II Qlobal Media Forumu başlayır - YENİLƏNİB - VİDEO [xfgiven_updateblue][/xfgiven_updateblue]
II Şuşa Qlobal Media Forumunun xarici qonaqları Füzulidəki dağıntılarla tanış olub [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər