Azərbaycanlı jurnalist qazilər Türkiyə qazilər vəqfini ziyarət ediblər
Vətən Müharibəsi iştirakçısı olan bir qrup azərbaycanlı jurnalist Türkiyə Qazilər və Şəhid Ailələri Vəqfinin İstanbul şöbəsini ziyarət ediblər.
APA-nın xəbərinə görə, Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü, Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları İctimai Birliyinin sədri Bəhruz Məmmədzadə Vətən müharibəsində iştirak etmiş jurnalistlər barədə məlumat verib.
O bildirib ki, Vətən müharibəsi zamanı Azərbaycan jurnalistləri peşə fəaliyyətləri ilə yanaşı, vətənə xidmət borclarını da yerinə yetirib, əsgər kimi döyüşüblər.
Bəhruz Məmmədzadə iki qardaş ölkənin sarsılmaz bağları olduğunu vurğulayıb və belə görüşlərin böyük mənəvi yük daşıdığını qeyd edib.
Türkiyə Qazilər və Şəhid Ailələri Vəqfinin İdarə Heyətinin üzvü, İstanbul şöbəsinin sədri, qazi Ferhat Koçak da öz növbəsində ölkələrimiz arasındakı münasibətləri, əlaqələri yüksək qiymətləndirib, eyni zamanda, qazi jurnalistlərlə görüşdən məmnunluğunu ifadə edib:
"Azərbaycan hər zaman yanımızda olub və olacaq. Biz Azərbaycanı ikinci vətənimiz sayırıq. Türkiyə olaraq biz də həmişə qardaşlarımızın yanındayıq. Vətən uğrunda döyüşən qazi jurnalistlərlə görüşdən çox şadıq. Bu cür görüşlərin tez-tez olmasını arzu edirik".
Qeyd edək ki, qazi jurnalistlərin Türkiyəyə səfəri MediaTürk TV-nin təşəbbüsü, "TİKA Azərbaycan"ın koordinatorluğu, Türkiyə Media İş Sendikası və Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları İctimai Birliyinin təşkilatçlığı ilə Azərbaycan Milli Mətbuatının 150 illiyi münasibətilə təşkil olunub.
Oxşar xəbərlər
Azərbaycanlı qazi jurnalistlər Türkiyə Qazilər və Şəhid Ailələri Vəqfində olublar
Sumqayıt Bələdiyyəsinin rəhbərliyi şəhid və qazi ailələrini ziyarət ediblər
“AzerGold” Daşkəsəndə Vətən müharibəsi şəhidlərinin ailə üzvlərini və qaziləri ziyarət edib
“AzerGold” Zəfər Günü münasibətilə Daşkəsəndə Vətən müharibəsi şəhidlərinin ailələrini və qaziləri ziyarət edib
Sumqayıt Bələdiyyəsinin təşəbbüsü ilə Qurban Bayramında şəhid və qazi ailələri ilə görüş olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əbu-Dabidə Prezident İlham Əliyevə "Zayed İnsan Qardaşlığı Mükafatı"ı təqdim olunub
-
Rəsmi zəmanət yox, mağaza və servis zəmanəti: Elektronika alıcıları risk altında
-
Arkadi Qukasyan 20 il müddətinə azadlıqdan məhrum edilib
-
Bako Saakyana hökm oxundu
-
Ukraynada müharibə bitir? - ABŞ prezidentindən gözlənilməz açıqlama
-
Xocalı soyqırımının iştirakçısı Madat Babayana hökm oxundu












