Sumqayıt Bələdiyyəsinin rəhbərliyi şəhid və qazi ailələrini ziyarət ediblər
Sumqayıt Bələdiyyəsinin təşkilatçılığı ilə Qurban Bayramı münasibətilə şəhər ərazisində yaşayan 160-a yaxın şəhid, qazi, aztəminatlı ailələr, sosial sahədə çalışan işçilər və bələdiyyə əməkdaşlarına bayram sovqatı paylanıb.
APA xəbər verir ki, Sumqayıt Bələdiyyəsinin sədri Adil Xudadatov, bələdiyyə üzvləri və aparatın əməkdaşları şəhid ailələrinin evində olublar. Onlar ailələrin qayğı və ehtiyaclarını dinləyiblər. Adil Xudadatov bildirib ki, Sumqayıt Bələdiyyəsi şəhid ailələri və qazilərə göstərilən diqqət və qayğını öz fəaliyyətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirib. Dövlətimizin bu kateqoriyadan olan vətəndaşlara olan yüksək ehtiramı Sumqayıt şəhərində də davam etdirilir.
Bələdiyyə tərəfindən şəhid ailələri və qazilər mütəmadi olaraq ziyarət olunur, onların sosial-məişət problemlərinin həllinə yardım göstərilir. Ailə üzvlərinin məşğulluğu, təhsili, sağlamlığı və digər gündəlik ehtiyacları daim diqqətdə saxlanılır. Eyni zamanda, xüsusi günlərdə – Anım Günü, Qələbə Günü, Novruz bayramı və digər əlamətdar tarixlərdə bu ailələrə mənəvi və maddi dəstək göstərilir.
Şəhid ailələri də onalar göstərilən diqqətə görə, təşəkkür ediblər.
Sumqayıt Bələdiyyəsi bu cür aksiyaların təkcə maddi deyil, mənəvi baxımdan da böyük əhəmiyyət daşıdığını vurğulayır. Bayram günlərində sosial qruplara xüsusi diqqətin göstərilməsi həm milli-mənəvi dəyərlərimizin yaşadılması, həm də cəmiyyətimizdə həmrəylik hissinin gücləndirilməsi baxımından mühüm rol oynayır.
Oxşar xəbərlər
“AzerGold” Zəfər Günü münasibətilə Daşkəsəndə Vətən müharibəsi şəhidlərinin ailələrini və qaziləri ziyarət edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
“AzerGold” Daşkəsəndə Vətən müharibəsi şəhidlərinin ailə üzvlərini və qaziləri ziyarət edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Sumqayıtda pulsuz dərmanla təmin olunan qazilərin sayı açıqlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Postmüharibə dövründə şəhid ailə üzvləri və müharibə iştirakçılarına göstərilən xidmətin həcmi açıqlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
130 min şəhid ailə üzvü və müharibə iştirakçısına 361 min xidmət göstərilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












