
150 illik milli mətbuat yolu Vətənə xidmətin şərəfli tarixidir - RƏY

150 illik milli mətbuat yolu Vətənə xidmətin şərəfli tarixidir - RƏY
Prezident İlham Əliyevin milli mətbuatın 150 illik yubileyinin dövlət səviyyəsində qeyd olunması ilə bağlı imzaladığı sərəncam bu sahəyə verilən yüksək dəyərin və etimadın göstəricisidir.
Bunu “Sizinxeber.aza” bir neçə gün sonra qeyd ediləcək Azərbaycan mətbuatının yubileyi ilə əlaqədar Editor.az portalının baş redaktoru Fərid Şahbazlı deyib.
“Əkinçi” qəzeti ilə başlayan bu yol, sadəcə bir mətbuat tarixçəsi deyil, xalqın maariflənməsi, milli özünüdərk və ictimai düşüncənin formalaşması prosesidir. Sovet senzurasının sərt şəraitində belə Azərbaycan jurnalistikası milli dəyərləri yaşatmağa, cəmiyyətə işıq tutmağa davam edib”.
O qeyd edib ki, müstəqillik illərində isə milli mətbuat azadlığın və məsuliyyətin yeni mərhələsinə qədəm qoydu:
“Qlobal informasiya müharibələrinin getdikcə dərinləşdiyi bir dövrdə Azərbaycan jurnalistləri də öz peşə borclarını müasir çağırışlara uyğun şəkildə yerinə yetirirlər. Onlar dezinformasiyalara qarşı həqiqəti axtaran, ictimai rəyə ədalətli yön verən və etibarlı informasiya mənbəyi kimi çıxış edirlər. Bu prosesdə jurnalistlər cəmiyyətin təhlükəsizlik dayaqlarından birinə çevriliblər".
F.Şahbazlı bildirib ki, Azərbaycan jurnalistləri üçün vətənə sədaqət, xalqın mənafeyinə xidmət və obyektivlik əsas prinsiplər olaraq qalır: 'Media təmsilçiləri öz peşələrini sadəcə bir iş kimi deyil, həm də bir vicdan missiyası kimi qəbul edirlər. 44 günlük Vətən müharibəsi bunu bir daha sübut etdi ki, jurnalistlər təkcə informasiya daşıyıcısı deyil, Vətənin əsgərləri oldular. Onların informasiya cəbhəsində göstərdiyi fədakarlıq və qətiyyət gələcək nəsil media nümayəndələri üçün nümunəvi örnəyə çevrildi".
Baş redaktor qeyd edib ki, bu gün dövlət və media münasibətləri qarşılıqlı etimad və milli məsuliyyət üzərində qurulub: "Jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsi, peşəkarlığın artırılması, yeni texnologiyalara çıxış imkanlarının genişləndirilməsi bu sahənin davamlı inkişafını təmin edir. Lakin əsas güc – jurnalistlərin ictimai məsuliyyətində və peşəsinə olan bağlılığındadır.
“Prezident İlham Əliyevin milli mətbuatın 150 illik yubileyinin dövlət səviyyəsində qeyd olunması ilə bağlı imzaladığı sərəncam bu sahəyə verilən yüksək dəyərin və etimadın göstəricisidir. Bu da bir daha sübut edir ki, media ölkədə dövlətçilik prinsiplərinin qorunmasında strateji önəm daşıyan sahə kimi dəyərləndirilir".