“Haber Global”: Rusiya azərbaycanlılara qarşı zorakılıqlara yalanlarla don geyindirməyə çalışır
sizinxeber.az xəbər saytı

“Haber Global”: Rusiya azərbaycanlılara qarşı zorakılıqlara yalanlarla don geyindirməyə çalışır


Rusiya Yekaterinburqda azərbaycanlılara qarşı zorakılıqlara yalan açıqlamalarla don geyindirməyə çalışır.

“Report” xəbər verir ki, bu fikir Türkiyənin “Haber Global” telekanalının efirində Rusiyanın Federal Təhlükəsizlik Xidməti əməkdaşlarının iyunun 27-də Yekaterinburq şəhərində azərbaycanlıların yaşadığı evlərə basqın etməsi və zorakılıqları ilə bağlı müzakirələrdə yer alıb.

“Rusiyanın qəzəb doğuracaq əməliyyatı. Azərbaycanlı ailə niyə hədəfə alındı?” adlı süjetdə bu ölkənin Federal Təhlükəsizlik Xidməti əməkdaşlarının azərbaycanlılara qarşı zorakı əməliyyat keçirdiyi vurğulanır, “şovinizm Rusiyanın dövlət siyasətinə gəlirmi?” sualına cavab axtarılır.

Qeyd edilir ki, iyunun 27-də səhər saatlarında Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin (FTX) əməkdaşları Yekaterinburq şəhərində azərbaycanlıların yaşadığı evlərə basqın edib. Basqın zamanı 2 azərbaycanlı öldürülüb. FTX əməkdaşlarının şübhəli şəxs kimi saxladıqları daha bir neçə azərbaycanlıya ağır işgəncə verdikləri vurğulanır. Bildirilir ki, fotolar azərbaycanlılara qarşı işgəncələrin necə dəhşətli olduğunu göstərir.

Mütəxəssislər bildiriblər ki, Kreml həqiqəti dilə gətirmək əvəzinə yalanlar uydurmaq variantını seçib, bu da Azərbaycanın haqlı narazılığına səbəb olub.

Qeyd olunur ki, Azərbaycan məsələyə haqlı reaksiya verib. Rusiyanın müvəqqəti işlər vəkili Yekaterinburqdakı hadisəyə görə Azərbaycan XİN-ə çağırılıb. Rusiyanın hüquq-mühafizə orqanları əməkdaşlarının bu qanunsuzluğu ilə bağlı şübəli məqamlar mövcuddur.

Həmçinin xatırladılır ki, ötən ilin sonlarında Azərbaycan Hava Yollarına (AZAL) məxsus təyyarənin vurulmasından üç gün keçsə də Rusiya rəsmiləri həmin vaxt da bu hadisə ilə bağlı xoşagəlməz münasibət sərgiləyiblər və bununla bağlı yalan açıqlamalar veriblər.

Qeyd olunur ki, Rusiya AZAL məsələsində olduğu kimi, Yekaterinburqda törədilən zorakılıqları da yalan açıqlamalarla ört-basdır etməyə çalışır.

Oxşar xəbərlər

Yekaterinburqda öldürülən azərbaycanlıların nəşləri sabah Vətənə gətiriləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Rusiyada saxlanılan azərbaycanlı: Öldürülənlərin meyitlərinin təhvil verilməsi ilə bağlı heç bir məlumat verilmir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Yekaterinburqda öldürülənlərin meyitləri bazar ertəsi Azərbaycana yola salınacaq  [xfgiven_updateblue][/xfgiven_updateblue]
Rusiyada iki qardaşı öldürülən Seyfəddin Hüseynli: Digər yaxınlarımız hazırda təzyiq altındadır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Deputat: Rusiya mehriban qonşuluq siyasəti anlamadı [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər