Azərbaycan Almaniyada beynəlxalq incəsənət sərgisində təmsil olunur
Almaniyanın Köln şəhərində aprelin 24-26-da keçirilən Discovery Art Fair sərgisində Azərbaycan uğurla təmsil olunur.
Bu barədə "Sizinxeber.az"a Mədəniyyət Nazirliyindən məlumat verilib.
Bildirilib ki, 15 mindən çox ziyarətçinin qatıldığı, 16 ölkədən 117 qalereya və yaradıcı şəxsin iştirak etdiyi sərgidə Azərbaycan stendi xüsusi diqqət cəlb edir. Milli stenddə azərbaycanlı rəssamlar Əsmər Nərimambəyova, Sabir Çopuroğlu, Anar Hüseynzadə, Orxan Qarayev, Fərid İsmayılov, Cəmalə Rəhmanlı, Taleh Mirkazım, eləcə də heykəltəraşlar Kənan Əliyev, Əhəd Məmmədov, Kamran Əsədov, Namiq Hüseynov və Ülviyyə Məmmədlinin ümumilikdə 50-yə yaxın əsəri nümayiş olunur.
"Sərgiyə gələn ziyarətçilərin marağı və müsbət rəyləri bir daha göstərir ki, Azərbaycan müasir incəsənəti beynəlxalq arenada getdikcə daha çox diqqət çəkir və təqdim olunan əsərlər yüksək qiymətləndirilir.
Almaniyanın nüfuzlu "Discovery Art Fair" sərgisində iştirak ölkəmizin müasir incəsənətinin beynəlxalq səviyyədə tanıdılması, rəssam və heykəltəraşlarımızın əsərlərinin dünyada təbliği, yaradıcı sənayenin inkişafı və mədəni diplomatiyanın gücləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir", - məlumatda qeyd olunub.
Oxşar xəbərlər
Azərbaycan Rabat Beynəlxalq Kitab Sərgisində təmsil olunur
ADEX sərgisində Azərbaycan ümumilikdə 193 adda silahla təmsil olunur
Azərbaycan Moskva Beynəlxalq Kitab Sərgisində təmsil olunur
Azərbaycan Boloniya Beynəlxalq Uşaq Kitab Sərgisində təmsil olunur
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
-
Britaniyada iki qatar toqquşub, 89 nəfər yaralanıb
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
-
"Bloomberg": Britaniya Ukrayna üçün uzaqmənzilli raketlər hazırlayır
