Astrofizika kafedrası: Mayın 14-dək meteor yağışı müşahidə olunacaq
sizinxeber.az xəbər saytı

Astrofizika kafedrası: Mayın 14-dək meteor yağışı müşahidə olunacaq


Səmada mayın 14-dək η-Lyrid meteor yağışı (Yer kürəsinin kosmosdakı komet qalıqlarından keçərkən səmada "axan ulduzlar" kimi görünən parlaq işıq izləri hadisəsi) müşahidə ediləcək.

Bu barədə "Sizinxeber.az"a Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika kafedrasından məlumat verilib.

Bildirilib ki, ən yüksək aktivlik mayın 9-u saat 03:00 radələrində gözlənilir. Bu dövrdə Yer kosmosdakı komet mənşəli toz və daş hissəcikləri axınından keçəcək. Hissəciklər atmosferə yüksək sürətlə daxil olaraq parlaq meteor izləri yaradacaq.

Meteor yağışının radiantı Lir (Lyra) bürcündə yerləşir və mənbəyi C/1983 H1 (IRAS–Araki–Alcock) kometi ilə əlaqələndirilir. Bu komet Günəş ətrafında təxminən 970 illik dövrlə hərəkət edir və hər yaxınlaşma zamanı buraxdığı hissəciklər meteor yağışını formalaşdırır.

Meteorlar Yer atmosferinə təxminən 43 km/s sürətlə daxil olur. Bakıdan müşahidə zamanı radiant gecə boyu üfüqdən yuxarıda qalacaq. Ən əlverişli müşahidə vaxtı isə sübhə yaxın saatlar hesab olunur. Təxminən saat 05:00-da maksimum aktivlik gözlənilir.

Mütəxəssislərin sözlərinə görə, η-Lyrid güclü meteor yağışları sırasında olmasa da, qaranlıq səma şəraitində saatda bir neçə parlaq meteor müşahidə etmək mümkündür.

Oxşar xəbərlər

Astrofizika kafedrası: Aprelin sonunda meteor yağışı müşahidə ediləcək
Mayın 28-dək meteor yağışı olacaq
Aprelin 15-dən 28-dək “π-Puppid” meteor yağışı müşahidə olunacaq
Bu gecə Bakıda meteor yağışı müşahidə ediləcək
Oktyabrın 2-dən noyabrın 7-dək Orionid meteor yağışı müşahidə ediləcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər