Dövlət müəssisələrinin dividend siyasətinə dair pilot layihənin icrasına başlanılıb
Azərbaycanda dövlət müəssisələrinin dividend siyasəti ilə bağlı pilot layihənin icrasına başlanılıb.
"Report" bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, dövlət müəssisələrinin dividend siyasəti, borclanma mexanizmləri və fiskal risklərin qiymətləndirilməsi sahəsində beynəlxalq təcrübə geniş müqayisəli əsasda araşdırılıb, Beynəlxalq Valyuta Fondunun (IMF) "SOE Health Check Tool" və "SOE Stress Test" metodoloji alətlərinin öyrənilməsi və tətbiqi istiqamətində IMF ilə razılıq əldə edilərək, bu çərçivədə pilot layihənin icrasına başlanılıb.
Bundan başqa, "Dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər və dövlət adından yaradılan publik hüquqi şəxslər tərəfindən Maliyyə Nazirliyinə təqdim ediləcək məlumat və hesabat formalarının təsdiq edilməsi haqqında" Kollegiya Qərarı qəbul edilib.
Oxşar xəbərlər
Azərbaycanda "Vahid indekslərin Siyahısı” genişləndirilib
Azərbaycanda dövlət orqanları üçün vahid indekslərin siyahısı genişlənib
Azərbaycanda dövlət müəssisələrinin dividend ödənişləri üzrə proqnoz 10 %-ə yaxın artırılır
Azərbaycanda əmək müqavilələrinin elektron formaya keçirilməsinin mərhələləri müəyyən edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İtkin şəhidimiz “Rəşadət” ordeni ilə təltif edildi - FOTO
-
FIFA Qətər millisinin futbolçusu Asim Madibonu 5 oyunluq cəzalandırıb
-
Rusiya ordusu Kiyevə ballistik raketlə hücum edib
-
Vens: ABŞ-la İran arasında birbaşa hərbi əlaqə kanalı yaradılacaq
-
Aşura günündə indiyədək 1140,3 litr qan toplanıb - YENİLƏNİB-3
-
AŞPA siyasi sifarişlərin həyata keçirildiyi məkana çevrilib - RƏY
