Britaniyalı turist dünya turuna Azərbaycanı da daxil edib
Böyük Britaniyadan olan turist Lyuk Daekin piyada Gürcüstan və Azərbaycana çatacaq, sonra isə bərə ilə Qazaxıstana getməyi planlaşdırır.
"Report" xəbər verir ki, bu barədə "The Indian Express" nəşri yazıb.
Qeyd olunub ki, o, Britaniyadan Vyetnama qədər yolu sponsor dəstəyi, müşayiət komandası olmadan və ictimai nəqliyyatdan istifadə etmədən qət etməyi planlaşdırır.
L.Daekin öz marşrutuna 2024-cü il sentyabrın 16-da başlayıb və hər hansı bir nəqliyyat vasitəsindən imtina edərək yalnız piyada hərəkət etməyi qərara alıb.
Bildirilib ki, yolun ilk 214 günündə o, Böyük Britaniya, Fransa, Belçika, Lüksemburq, Almaniya, Avstriya, Macarıstan, Serbiya, Bolqarıstan, Yunanıstan və Türkiyədən keçərək Avropanın üçdə ikisini qət edə bilib. Oradan Gürcüstan və Azərbaycanı keçərək, daha sonra Qazaxıstana gedəcək.
"Bu mərhələ ən çətin ola bilər - ucsuz-bucaqsız çöllər, infrastrukturun olmaması, su və qidaya məhdud çıxış hətta belə təcrübəli səyyah üçün də ciddi sınaq olacaq", - məqalədə qeyd olunub.
O, səyahətini Hanoyda tamamlamağı planlaşdırır.
Oxşar xəbərlər
Türkiyə İran, Azərbaycan və Gürcüstan arasında beynəlxalq turist qatarının təşkilini planlaşdırır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Papuaşvili: Gürcüstan hökuməti pirotexnikanın idxalını məhdudlaşdırmağı planlaşdırır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ukrayna Britaniyadan təxminən 1 milyard dollar alıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Türkiyəni ötən il 62 milyondan çox turist ziyarət edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Şmıqal: Ukrayna Böyük Britaniyadan Rusiya aktivləri ilə təmin edilmiş ilk tranşı alıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












