“Fərhad evi” və ya “Ağ karvansara” – FOTOREPORTAJ
Geoloji quruluşun mürəkkəbliyi Şahbuz rayonunun Batabat yaylağında çoxlu mağaraların yaranmasına səbəb olub.
“Sizinxeber.az”un yerli bürosu xəbər verir ki, belə mağaralardan biri olan “Fərhad evi” və ya “Ağ karvansara” rayonun Biçənək kəndindən şərqdə, Batabat yaylağında yerləşir.
Naxçıvan-Laçın-Yevlax avtomobil yolundan sağda, Zorbulaqdan təxminən 1 kilometr şərqdə yerləşən abidə karvan yolları üzərində qurulan maddi-mədəniyyət nümunələrindəndir. Abidə külüng tipli metal alətlə qazılmış dörd otaqdan ibarətdir. Otaqların tavanı tağ şəkilli, döşəmələri oval planlıdır. Şam, yaxud çıraq qoymaq üçün kiçik taxçalar qazılan divarların dibində səki düzəldilib.
Orta əsrlərdə Naxçıvan-Batabat yolunda gediş-gəliş artdığından "Fərhad evi"ndən bir qədər şimalda iri karvansara da tikilib. Yerli əhali həmin karvansaranı Şah Abbas karvansarası adlandırır. Tədqiqatlarda məlum olub ki, "Fərhad evi" abidəsi eramızdan əvvəl birinci minilliyin sonlarına və eramızın əvvəllərinə aiddir. Abidə ilə bağlı xalq arasında müxtəlif rəvayətlər də yayılıb.
Biçənək kənd sakini Hafiz Cəlilov bildirib ki, buraya "Ağ karvansara" da deyirlər: "Bura qədim İpək yolu üzərində yerləşən bir neçə karvansaradan biridir. Bu yol buradan Zəngəzura, oradan isə Qarabağa gedir. Naxçıvan duzu buradan daşınıb, orada taxıl ilə dəyişdirilib. Yəni dolanışıq üçün istifadə olunub".
Abidə ilə bağlı xalq arasında müxtəlif rəvayətlər də yayılıb. Yayılan rəvayətlərin birində qeyd olunur ki, mahir sənətkar olan Fərhad Bərdədə Şirin adlı bir gözəlin sorağını alır və onu görmək üçün Bərdəyə üz tutur. Dostları ilə Naxçıvandan, Şahbuzun Batabat yaylağından keçən zaman buranın dağları, təbiəti onu heyran edir və bir neçə gün burda qalır. Fərhad az müddət içərisində qayalıqda bir ev düzəldir, həmin evin divarına Şirinin şəklini həkk edir və Bərdəyə gedir. O zamandan Batabat yaylağında gecələyənlər həmin evin qonağı olur. İndi də Batabat yaylağındakı bu ev el arasında “Fərhad evi” adı ilə tanınır.
Oxşar xəbərlər
Naxçıvanda iki avtomobil toqquşub, xəsarət alanlar var [xfgiven_updateblue][/xfgiven_updateblue]
Şahbuz rayonunda güclü yanğın olub, yanaşı evlər yanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan artıq öz istehsalı olan minatəmizləyən maşınlardan istifadə edir - RƏSMİ [xfgiven_updateblue][/xfgiven_updateblue]
Nazir: Əlincədağ təbiət abidəsinin pasportu hazırlanacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Şahbuzun ucqar dağ kəndinin orta məktəbinin 9 məzunundan 8-i ali məktəblərə qəbul olub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi













