Yaponiya “Fobos” missiyasının işə salınmasını 2026-cı ilə təxirə salıb
Daha əvvəl 2024-cü ilin sonuna planlaşdırılan Marsın peyki Fobosdan torpaq nümunələrinin toplanması və Yerə gətirilməsi üzrə Yaponiya missiyasının işə salınması 2026-cı ilə təxirə salınıb.
“Report” “Space News”a istinadən xəbər verir ki, bu barədə Yaponiya Aerokosmik Tədqiqatlar Agentliyi (JAXA) məlumat yayıb.
JAXA “Martian Moons eXploration” (MMX) missiyasının təxirə salınmasını Yaponiyanın avtomatik planetlərarası stansiyasında işə salınmalı olan yeni “H3” daşıyıcı aparatının imkanlarının sınaqdan keçirilməsi və Yer kürəsində avtomatik planetlərarası stansiyanın əlavə sınaqlardan keçirilməsi zərurəti ilə əlaqələndirib.
Qeyd edək ki, MMX Mars və onun iki peyki – Fobos və Deymosun tədqiqi üçün NASA-nın iştirakı ilə hazırlanmış alətlər dəsti də daxil olmaqla, çəkisi təxminən 4 ton olan kosmik gəmidir.
MMX-in əvvəlcə 2024-cü ilin sentyabrında işə salınması planlaşdırılırdı. Zond 2025-ci ilin avqustunda Marsın orbitinə çıxmalı, üç il orada qalmalı, 2029-cu ilin sentyabrında Yerə geri qayıtmalı idi.
MMX missiyasının 2026-cı ilə qədər təxirə salınması qərarı həm də Marsa missiyanın başlanması üçün növbəti mövcud pəncərə ilə əlaqədardır.
Oxşar xəbərlər
NASA Marsın tədqiqini dayandırdı
Blinkenin İsrailə səfəri təxirə salındı
ABŞ və Yaponiya PUA-lar istehsal edəcək
Yaponiya Nazirlər Kabinetinin keçmiş baş katibi qalmaqalla bağlı dindirilib
Ağdam şəhərində 5 məhəllənin salınması nəzərdə tutulub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasından 14 il ötür
-
Avropadan “Qarabağ”a 3 milyon avroluq təklif gəldi
-
Prezident İlham Əliyev: "Yeni dünya nizamı "kim güclüdür, o da haqlıdır" anlamına gəlməməlidir"
-
Prezident: "Bu gün Azərbaycan həm Şərqdə, həm də Qərbdə ehtiyac duyulan ölkədir"
-
İlham Əliyev: ABŞ-nin Vitse-prezidentinin səfəri çox mühüm idi
-
İlham Əliyev: "Biz daimi olacağına ümid etdiyimiz sülh dövrünə qədəm qoymuşuq"












