ABŞ və Yaponiya PUA-lar istehsal edəcək
sizinxeber.az xəbər saytı

ABŞ və Yaponiya PUA-lar istehsal edəcək


ABŞ və Yaponiya müdafiə nazirlikləri döyüş təyyarələri ilə vahid taktiki qrupun tərkibində fəaliyyət göstərəcək yeni nəsil hərbi pilotsuz uçuş aparatlarının (PUA) birgə hazırlanması barədə razılığa gəliblər.

“Report” xəbər verir ki, bu barədə “Sankei” qəzeti məlumat yayıb.

ABŞ-Yaponiya Müdafiə sahəsində Elmi və Texnologiyası Əməkdaşlıq Qrupunun ilk iclası 2024-cü ilin ortalarında baş tutacaq. Bu struktur çərçivəsində silah və hərbi sistemlərin, o cümlədən yeni növ PUA-ların hazırlanması koordinasiya ediləcək. Bu kəşfiyyat və hücum PUA-larının, xüsusən də Böyük Britaniya, İtaliya və Yaponiyanın birgə istehsal etmək niyyətində olduqları altıncı nəsil döyüş təyyarələrinin əməliyyatlarını dəstəkləmək üçün yaradılması nəzərdə tutulur.

PUA-lar ümumi tapşırıq çərçivəsində müstəqil qərar qəbul etməyə imkan verəcək süni intellekt sistemləri ilə təchiz ediləcək.

Oxşar xəbərlər

"Bayraqdar" dünyaya necə səs saldı? - "Blumberq" [xfgiven_updateblue][/xfgiven_updateblue]
Elçin Quliyev Vətən müharibəsində PUA-larla düşmənə vurulan zərbələrin detallarını açıqlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Kanada ABŞ-dan pilotsuz döyüş təyyarələri alacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Britaniya iki türk ölkəsinə sanksiya tətbiq etdi [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ermənistan və Yunanıstan arasında hərbi əməkdaşlıq haqqında saziş imzalanıb - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər