NASA Marsın tədqiqini dayandırdı
Alimlərin Marsda həyatın olub-olmadığını, Qırmızı planetdə insanın yaşaması imkanlarını araşdırdığı bir şəraitdə ortaya mühüm bir problem çıxıb.
“Nature Science” jurnalı xəbər verir ki, NASA Marsdan torpaq və süxur nümunələrin gətirilməsi missiyasını dayandırıb. ABŞ-ın aerokosmik agentliyi bildirib ki, hazırda bu məsələdə ciddi maliyyə problemləri yaranıb.
NASA bəyan edib ki, ötən həftə bu missiya ilə məşğul olan 3 tədqiqat mərkəzinə həmin istiqamətdə fəaliyyəti dayandırmaq tövsiyə edilib. Belə ki, Agentlik 2024-cü il üçün büdcə layihəsində Marsdan nümunələr gətirmək məqsədilə 949,3 milyon dollar vəsait ayrılmasını tələb etsə də, büdcəyə nəzarət üzrə alt komissiya bu məqsədlər üçün cəmi 300 milyon dollar ayırıb. Belə olan şəraitdə NASA-nın Marsdan nümunə gətirmək missiyası ilə yanaşı, digər layihələrində də axsama ola bilər.
Hazırda problemin nə qədər davam edəcəyi məlum deyil, amma NASA indi “Perseverance” missiyasının Marsda topladığı nümunələri alternativ yollarla Yerə gətirmək üzərində iş aparır.
Bununla yanaşı, ABŞ-nin aerokosmik agentliyi bu yaxınlarda “Bennu” asteroidindən toplanan bəzi süxur nümunələrini də gətirməyə nail olub.
Trend
Oxşar xəbərlər
NASA rəsmisi Bakıdakı sərgidən danışdı [xfgiven_updateblue][/xfgiven_updateblue]
Uzaq bir planetdə həyatın olduğuna dair sübutlar tapıldı - İlk məlumatlar var [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ət idxalında kəskin artıb: Qiymətlər enəcək? [xfgiven_updateblue][/xfgiven_updateblue]
2023-cü ildə ən çox maaş alan futbolçu məlum oldu [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanda sair vergi daxilolmaları üzrə proqnoz 5 % azaldılır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












