Yerə uçan ulduzlararası obyekt kosmik gəmi ola bilər
Harvard Universitetinin astrofizik alimi Avi Leb ehtimal edib ki, Yerə yaxınlaşan ulduzlararası 3I/ATLAS kometası yadplanetli gəmisi ola bilər.
"Report"un məlumatına görə, bu barədə "Daily Mail" tabloidi xəbər verir.
Alim bu ehtimalı 3I/ATLAS-ın hərəkət etdiyi "qeyri-adi dərəcədə nadir trayektoriya" səbəbindən irəli sürüb.
O, həmçinin bildirib ki, obyekt Yerə 21 noyabr - 5 dekabr 2025-ci il tarixləri arasında çatacaq.
Alimin sözlərinə görə, əgər obyekt yadplanetli gəmisidirsə, o, zond və ya hətta silah daşıya bilər: "O, bizi xilas etmək və ya məhv etmək üçün gələ bilər. Hər iki varianta hazır olmağımız daha yaxşıdır".
Qeyd edək ki, 3I/ATLAS kometası NASA tərəfindən 1 iyul 2025-ci ildə kəşf edilib. Astronomların hesablamalarına görə, oktyabrın sonunda o, Günəşə maksimum yaxınlaşacaq və ona 1,4 astronomik vahid məsafəyə qədər yaxınlaşdıqdan sonra, ehtimal ki, Günəş sistemini tərk edəcək.
Oxşar xəbərlər
Futbol meydançası böyüklüyündə asteroidin Yerlə toqquşması ehtimalı yüksəlib
BDU-nun Astrofizika kafedrası qarşıdakı 50 ildə gözlənilən 7 əsas astronomik hadisəni açıqlayıb
NASA Yeni Planet Kəşf Etdi – Həyat Ola Biləcəkmi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
