CBS-lə bağlı araşdırmalar davam edir, Harrislə müsahibənin stenoqramı tələb olunur
sizinxeber.az xəbər saytı

CBS-lə bağlı araşdırmalar davam edir, Harrislə müsahibənin stenoqramı tələb olunur


CBS News, ABŞ-ın keçmiş vitse-prezidenti Kamala Harrisin Federal Rabitə Komissiyasına (FCC) müsahibəsinin tam stenoqramını yayımlayacaq.

APA xəbər verir ki, bu barədə şənbə günü “The Hill” qəzeti məlumat yayıb.

Məlumata görə, Federal Rabitə Komissiyası CBS News-a müsahibənin "tam, redaktə edilməmiş stenoqramını" tələb edən məktub göndərib. Söhbət Vaşinqton administrasiyasının yeni rəhbəri Donald Trampın prezidentlik yarışında keçmiş rəqibi Kamala Harrisin 2024-cü ilin oktyabrında “60 dəqiqə” proqramına verdiyi müsahibədən gedir. Komissiya hətta hadisəni çəkən kameralardan görüntülər tələb edib.

Qeyd edilir ki, CBS News ətrafında gərginlik 2024-cü ilin payızında başlayıb. Ötən ilin noyabr ayında Tramp seçkiyə müdaxilə etdiyinə və izləyiciləri çaşdırdığına görə, CBS News-dan 10 milyard dollar təzminat tələb etmişdi. Tramp iddia edib ki, CBS News keçmiş Demokratlar Partiyasından prezidentliyə namizəd Kamala Harrislə müsahibəni redaktə etdiyi üçün yayım lisenziyasını itirməlidir. Trampın fikrincə, ABC televiziyası da ötən ilin sentyabr ayında onun Harrislə debatını pis təşkil etdiyinə görə lisenziyasını itirməlidir.

Oxşar xəbərlər

Tramp Harrisin müsahibəsinə görə “CBS News”u məhkəməyə verib
ABŞ-da Trampın Harrisin intellektual qabiliyyətlərinə qarşı hücumları “pafoslu” hesab edilib
Donald Tramp Kamala Harrislə ikinci debatdan imtina edib
Tramp Kamala Harrislə tezliklə debata çıxacaqlarını bildirib
Demokratlar Kamala Harrisin seçki məğlubiyyətində Baydeni günahlandırırlar

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər