ABŞ-də maraqlı hadisə: Həkimə gedən qadın əslində kişi olduğunu öyrəndi
ABŞ-nin Kentukki ştatında 27 yaşlı Siera Arena adlı qadın interseks insan olaraq doğulub.
Oxu.Az xəbər verir ki, o, "Daily Mail" nəşrinə açıqlamasında həyatının özəlliklərini açıqlayıb.
Qadının dediyinə görə, o, uşaqlıqda cinsi ilə bağlı hər hansı bir şübhə duymayıb və özünü həmişə adi qız hesab edib. Ancaq 16 yaşında həmyaşıdları kimi olmadığını hiss etməyə başlayıb. Arenada menstrual dövr olmayıb və bununla yanaşı, menopauzaya xas əlamətlər müşahidə edilib.
Qadın bu problemlə bağlı həkimə müraciət edib və genetik olaraq kişi olduğunu öyrənib. Məlum olub ki, Arena zahirən qadın doğulsa da, onun DNT-si kişi xromosom dəsti - XY ilə kodlanıb. Qadının yumurtalıqları düzgün inkişaf etmədiyi üçün o, cinsi yetkinlik yaşına çata bilməyib.
Arena bildirib ki, qarşı cinslə münasibətlərində bu xüsusiyyətindən yalnız uşaq məsələsi müzakirə olunduğu zaman danışır. O, potensial partnyoruna sonsuzluq problemini dərhal bildirməyə çalışır. Qadının sözlərinə görə, əvvəllər bu vəziyyətdən utanırmış, indi isə daha açıq danışmağa üstünlük verir.
Qeyd edək ki, interseks insanlar - reproduktiv sistemin anatomik və fizioloji xüsusiyyətləri tipik kişi və ya qadın xüsusiyyətlərinə uyğun gəlməyən şəxslərdir. Bu cür fərqliliklər uşağın döldəki inkişafı zamanı yaranır. Hal-hazırda hormonal, xromosom, genetik və anatomik xüsusiyyətlər daxil olmaqla, interseks insanların cinsi inkişafında 40-a yaxın variasiya məlumdur.
Oxşar xəbərlər
Qadın minatəmizləyən: Bir qarabağlı kimi torpaqlarımızın bizə ehtiyacı olduğunu düşündüm
"Qadının işi yemək bişirməkdir" - Video
Goranboyda kişi gəlininin evinin önünə qumbara atıb, xəsarət alan var
Keçən il Azərbaycanda iki sahədə fəlsəfə doktoru elmi dərəcəsi alan olmayıb
Azərbaycanda ən yaşlı qadın və kişi seçicilərin kimliyi məlum olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əli Kərimlinin həbsi: AXCP bağlana bilər? - Cəlaloğlu
-
"İstədiyini et – bütün qanun bundan ibarətdir..." - Dünyanın ən qalmaqallı okkultist yazıçısı
-
Əli Kərimli tibbi müayinədən keçirilib - Təkadamlıq kamerada saxlanılır
-
Prezident: Azərbaycan Laos ilə əməkdaşlığın yeni məzmunla zənginləşməsinə xüsusi önəm verir
-
"Avant Qrup" MTK-ya məxsus binada ev sahibi olan sakinlər 3 ildir ƏDV-lərini geri ala bilmirlər ŞİKAYƏT
-
Erkən pensiya hüququ və məbləğdə artım - Prosedur necədir?



















