Qadın minatəmizləyən: Bir qarabağlı kimi torpaqlarımızın bizə ehtiyacı olduğunu düşündüm
Qadın minatəmizləyənlərə ehtiyac var, çünki mina məsələsi diqqət tələb edir və qadınlar da diqqətcildirlər.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə "Minaların təmizlənməsi” layihəsinin benefisiarı Səmayə Əhmədli Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin təşkilatçılığı ilə martın 12-də Bakıda "Güclü Qadın, Güclü Cəmiyyət” mövzusunda keçirilən tədbirdə deyib.
O, ixtisasca müəllim və yeddi il pedaqoji fəaliyyətlə məşğul olmasına baxmayaraq, qadın minatəmizləyən olmaq qərarına gəldiyini bildirib:
"Bununla bağlı elan gördüyüm an iş üçün müraciət etdim. Bir qarabağlı kimi torpaqlarımızın bizə ehtiyacı olduğunu düşündüm. Axı niyə qadın minatəmizləyən olmamalıdır? Düşündüm ki, qadın minatəmizləyənlərin olması çox vacibdir. Çünki qadınlar diqqətcildir və mina məsələsi də diqqət tələb edir”.
S.Əhmədli bildirib ki, minatəmizləmə fəaliyyəti cinsi ayrı-seçkilk anlayışını qəbul etmir:
“Bizim işimizin cinsi ayrı-seçkiliklə əlaqəsi yoxdur. Bu, Vətən, torpaq işidir. Mən ilk qadın minatəmizləyəm ola bilərəm, amma bütövlükdə olduğum yerlərdə digər 17 minatəmizləyən qadının da səsiyəm”.
Oxşar xəbərlər
Bakıda "Güclü Qadın, Güclü Cəmiyyət" mövzusunda tədbir keçirilib
Elmar Məmmədov: "2026-cı il dünyada qadın fermerlərin ili olaraq qeyd ediləcək"
Peter Mixalko: Qadınların imkanlara bərabər çıxış əldə etdikləri cəmiyyətlər daha güclü olur
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mərkəzi Bank iki ödəniş təşkilatına icrası məcburi göstəriş verib
-
ÜST Ebola virusu riski altında olan ölkələri açıqlayıb
-
Qazaxıstan və Avropa tərəfdaşları süni intellekt, elm və kosmik texnologiyalarının inkişafını razılaşdırıblar
-
İnternet informasiya ehtiyatının fəaliyyətinin müvəqqəti məhdudlaşdırılacağı yeni hallar müəyyənləşir
-
2040-cı ilə qədər Füzulidə 50 min nəfərin yaşaması nəzərdə tutulur
-
Ankarada terrorla mübarizə çərçivəsində 209 nəfər saxlanılıb
