Lənkəran rayonunda avtomobil 8 yaşlı uşağı vurub.

“Sizinxeber.az”un Cənub bürosu xəbər verir ki, hadisə Lənkəran şəhərində qeydə alınıb.

Məlumata görə, avtomobil 2017-ci il təvəllüdlü Rüqəyya Ramal qızı Şərifovanı vurub. Yaralı Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.