Azərbaycanın İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) ilə Çin Beynəlxalq Ticarətin Təşviqi Şurasının (CCPIT) Quandonq Komitəsi arasında Əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.

"Sizinxeber.az" xəbər verir ki, bu Anlaşma Memorandumu Azərbaycan-Çin İqtisadi Ticarət Əməkdaşlıq Forumu çərçivəsində imzalanıb.

Memorandumu Azərbaycan tərəfindən qurumun icraçı direktoru Yusif Abdullayev ilə CCPIT-nin Quandonq Əyalət Şöbəsinin I dərəcəli büro səviyyəli rəsmisi Bay Minqşao imzalayıb.

Memorandum iki ölkə arasında iqtisadi əməkdaşlığın genişləndirilməsini nəzərdə tutur.

Foto: Vüqar Xanlarov