Oktyabrın 31-də Şahbuz rayonunda elektrik enerjisinin verilişində müvəqqəti fasilə yaranacaq.

Sizinxeber.Az xəbər verir ki, bu barədə Naxçıvan Regional Enerji Təchizatı və Satışı İdarəsindən (RETSİ) məlumat verilib.

Bildirilib ki, 110/35/10 kV-luq Xalxal yarımstansiyasında aparılacaq təmir işləri ilə əlaqədar 35 kV-luq hava elektrik xəttində enerjinin verilişi müvəqqəti dayandırılacaq.

Bununla əlaqədar, oktyabrın 31-də saat 10:00-dan 13:00-dək Şahbuz rayonunda elektrik enerjisinin verilişində fasilə olacaq.

Qeyd edilib ki, enerji təchizatı sisteminin etibarlılığının artırılması məqsədilə elektrik verilişi xətlərində və yarımstansiyalarda təmir-bərpa və yenidənqurma işləri mərhələli şəkildə davam etdirilir. İşlər başa çatdıqdan sonra abonentlərin daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunması nəzərdə tutulur.