Çinin Quandonq bölgəsi Azərbaycan ilə əlaqələrin inkişafında maraqlıdır.

“Sizinxeber.az” xəbər verir ki, bunu Çin Beynəlxalq Ticarətin Təşviqi Şurasının (CCPIT) Quandonq Komitəsinin Quandonq Əyalət Şöbəsinin I dərəcəli büro səviyyəli rəsmisi Bay Minqşao Azərbaycan-Çin İqtisadi və Ticarət Əməkdaşlığı Konfransında bildirib.

Onun sözlərinə görə, Azərbaycan ilə Çinin Quanqdonq əyaləti arasında iqtisadi və ticari əməkdaşlığı gücləndirilir: “Bu ilin aprelində iki ölkə arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələri qurulub. Üstəlik, bir sıra əməkdaşlıq sənədləri imzalanıb”.

O qeyd edib ki, Quanqdonqdan Azərbaycana 30-a yaxın şirkətin səfəri təşkil edilib: “Quanqdonqdakı ən böyük ticarət və investisiya qurumu olaraq iki ölkənin müəssisələri arasında qarşılıqlı faydalı əməkdaşlıq və mübadilə platforması yaratmaqdan çox məmnunuq. Bununla iki ölkənin müəssisələri real biznes imkanları əldə edəcəklər".